AZ EN RU

"Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İctimai Birliyi

IMG-LOGO

Layihələrimiz

Peşə təhsilinin inkişafına biznes dəstəyi
Peşə təhsilinin inkişafına biznes dəstəyi

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Şirkəti Hazar İndstry və Almaniyanın MKN şirkəti, Enactus Azərbaycanın təşkilatçılığı ilə Turizm və Sosial Xidmətlər üzrə BDPT Mərkəzində ” Peşə təhsilinin inkişafına biznes dəstəyi” adlı layihə çərçivəsində tədbir baş tutmuşdur. Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov, Tural Hüseynzadə , MKN şirkətinin regional vitse prezidenti Edmond Finkenauer, layihənin təşəbbüskarı peşəkar təmizlik və gigiyena məhsullarının istehsalı və satışı ilə məşğul olan Hazar İndustry Azərbaycan ( SR Cemical) şirkətinin direktoru Samir Qurbanov, MKN-nin MDB ölkələri üzrə ticarət nümayəndəsi Tatyana Pavlova, Enactus Azərbaycan Gənclər Azad Sahibkarlıq fəaliyyətində İctimai birliyinin sədri Kəmalə Məmmədli, Azərbaycanda qadın sahibkarlığının inkişafı Assosasiyasının idarə heyyətinin sədri Səkinə Babayeva, Azərbaycan Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov ,Birləşmiş Ərəb Əmirliklərinin Aşpazlar gildiyasının səfir aşpazı, Suriya Aşpaz cəmiyyətinin üzvü, Qərbi Afrika Aşpazlar asosasiyasının fəxri uzvü İlkin Əkbərzadə, Beynəlxalq kulinariya asosasiyasının Azərbaycan filialının vitse prezidenti usta Aşpaz Anar Qasımov və digər qonaqlar iştirak etmişdir. Layihənin məqsədi istehsal prosesində innovasiyaların tətbiqi, peşə təhsil alan gənclərə müasir iş şəraitinin yaradılması və Aşpaz peşəsi üzrə peşə hazırlığının təkmilləşdirilməsidir. Tədbirin gedişatında dünyanın qabaqcıl şirkətlərindən biri olan və peşəkar mətbəx avadanlıqlarının istehsalı ilə məşğul olan alman şirkəti MKN şirkətinin regional vitse prezidenti Edmond Finkenauer, layihənin təşəbbüskarı peşəkar təmizlik və gigiyena məhsullarının istehsalı və satışı ilə məşğul olan Hazar İndustry Azərbaycan ( SR Cemical) şirkətinin direktoru Samir Qurbanov və Turizm və Sosial Xidmətlər üzrə BDPT Mərkəzinin direktoru Fikrət Nəbiyev arasında tədris məqəsədlərində istifadəsi və gələcəkdə istehsal mətbəxində gigiyenanın təmin edilməsi mövzusunda təqdimatların, seminarların və metodiki dərslərin keçirilməsi üçün MKN şirkətinin Peşəkar sənaye avadanlığının verilməsinə dair Memorandum imzalanmışdır. Rəsmi hissədən sonra qonaqlar və tələbələr üçün MKN şirkətinin brend şefi Pavel Dzyublo tərəfindən Master klass keçirmiş , bunula yanaşı 5, 12,18 nömrəli peşə liseyləri arasında milli yeməklərin hazırlanması üzrə müsabiqə keçirilmişdir. Beynəlxalq mükafatlarla təltif olunmuş azərbaycanlı aşpazlar münsiflər heyətinin üzvü kimi müsabiqədə iştirak edərək tələbələrin hazırladıqları təamları qiymətləndirmişlər. Sonda qaliblər kubok və sertifikatlarla təltif olunmuşdur. Turizm və Sosial Xidmətlər üzrə BDPT Mərkəzi, 5 nömrəli BPL –nin komandası I yer, 12 nömrəli BPL-nin komandası II yer, 5 nömrəli BPL –nin digər komandası III yerə layiq görülmüşdür.

Gənclər Fondunun 10-cu qrant müsabiqəsi
Gənclər Fondunun 10-cu qrant müsabiqəsi

Gənclər Fondunun 10-cu qrant müsabiqəsində qalib olan “Gənc Sahibkar Qadınlar" layihəsinə start verilir.   Layihənin əsas məqsədi Qazaxda rayonunda və ətraf regionlarda yaşayan gənc xanım tələbələrə iqtisadi biliklər vermək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün praktiki dərslər keçməkdir. Qeyd edək ki, layihə ərzində “Sahibkar qadın”, “Azərbaycanda sahibkarlıq” “Gənc Sahibkar” və s. kimi təlim və seminarlar təşkil olunacaq. Həmçinin layihə müddətində təcrübəli iqtisadçılar və sahibkarlarla görüşlər təşkil olunacaq. Layihənin açılış tədbiri və ilk təlimi 16 dekabr 2017 il tarixində baş tutacaq. Layihənin təlimləri Qazax rayonundan təşkil olunacaq. Layihədə xanımlar ilə yanaşı bəy iştirakçılar müraciət edə bilərlər. Qeyd edək ki, təlimlərdə Qazax rayonuna yaxın olan digər regionlardan gənclərdə iştirak edə bilər. Layihədə iştirak etmək üçün aşağıda qeyd olunan ərizə formasını doldurmağınız tələb olunur və yaxud aşağıda qeyd olunan elektron poçt ünvanlarından birinə "Gənc Sahibkrar Qadınlar" başlığı altında öz cv-lərinizi göndərə bilərsiniz. Həmçinin qeydiyyat linkindən istifadə edə bilməyənlər aşağıda qeyd olunan layihələr kordinatorunun əlaqə nömrəsinə yazmağınız xahiş olunur. Ərizə forması: https://docs.google.com/forms/d/e/1FAIpQLSf5AIbb2Xfi4YReOBsf-KbEBl3AKRCcTYnEnOzi42YWl4Ue8g/viewform Elektron Poçtlar (e-mail) : seymurrmirzeyevv@gmail.com / Sevilisayevaselim1998@gmail.com  Layihələr Kordinatoru: Seymur Mirzəyev (+994557396444) Bildirək ki, layihədə iştirak etmək istəyənlər 12 dekabr tarixinə kimi qeydiyyatdan keçməlidirlər. Layihə dövründə iştirak edəcək şəxslər layihənin davamlılığı üçün nəzərdə tutulan fəaliyyətlərdə aktiv iştirak etmək, yüksək motivasiyalı olmaq, sahibkarlıq fəaliyyətinə marağı və həvəsi olmaq iştirakçıların seçim meyarıdır. Qeyd edək ki, seçimlər online müraciət əsasında aparılacaq. Sonda iştirakçılara sertifikat veriləcək.   <iframe allow="encrypted-media" allowfullscreen="true" allowtransparency="true" frameborder="0" height="100px" name="f3e1fa47c1911b" scrolling="no" src="https://www.facebook.com/plugins/comments.php?app_id=&channel=https://staticxx.facebook.com/connect/xd_arbiter/r/vy-MhgbfL4v.js?version=44#cb=f18164f8a21b34&domain=www.ganjanews.az&origin=http://www.ganjanews.az/fbedd3009288cc&relation=parent.parent&container_width=870&height=100&href=http://www.ganjanews.az/2017/11/08/cəmiyyət/“gənc-sahibkar-qadınlar'-layihəsinin-icrasına-başlanılır.html&locale=az_AZ&sdk=joey&width=550" title="fb:comments Facebook Social Plugin" width="550px"></iframe>

Enactus-2018
Enactus-2018

Bakı, 23 aprel “ADA” Universitetində “Enactus-2018” Azərbaycan milli yarışmasının final mərhələsi keçirilib. Yarışın əsas məqsədi Azərbaycanda iqtisadi potensialın gücləndirilməsində gənclərin rolunu artırmaq, sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlıq və sosial biznes ideyalarını tələbələr arasında təbliğ etməkdir. Yarışda iştirak üçün 12 universitetin komandası müraciət edib. Final mərhələsində üç ali məktəbin – Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) “Enactus” komandaları iştirak ediblər. “DİA Enactus” komandası üç layihə ilə müxtəlif dövlət qurumları, təşkilatlar və şirkət nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti qarşısında çıxış edib. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, Dövlət İdarəçilik Akademiyasının komandası birinci yerə layiq görülərək “Enactus-2018” Azərbaycan milli kubokunu qazanıb. Beləliklə, DİA-nın tələbələri cari ilin 9-11 oktyabr tarixlərində ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində (Silikon Vadisində) keçiriləcək “Enactus-2018” dünya kuboku yarışında ölkəmizi təmsil edəcəklər. Komanda DİA-nın müxtəlif ixtisas və kurslarında təhsil alan yaradıcı, təşəbbüskar tələbələrdən ibarətdir. Müəllim və məsləhətçilərin köməyi ilə reallaşdırdığı sosial-biznes layihələri ilə icmalarda insanların gəlirlərini artırmağın yollarını öyrətməklə onların maddi rifah halının yaxşılaşdırılması, məşğulluqlarının təmin olunması və biznes vasitəsilə həyatlarını müsbətə doğru dəyişdirməyə çalışırlar. Qeyd edək ki, “Enactus” proqramı (ENtrepreneurial ACTion US - Bizim Sahibkarlıq Fəaliyyətimiz) 1975-ci ildə ABŞ-da əsası qoyulan, 2012-ci ilə qədər SIFE (Students In Free Enterprise) adı ilə tanınan sahibkarlıq fəaliyyəti vasitəsi ilə əldə olunan imkanlar hesabına dünyada inkişafa nail olmaq üçün ən yaxşı ali məktəblərin tələbələrini, fakültə məsləhətçilərini, akademik liderlərini və biznes mütəxəssislərini bir araya gətirən beynəlxalq platformadır. Bu qlobal təşəbbüsə indiyədək 36 ölkədən 72 min tələbə və 1730 komanda qatılıb. Azərbaycan “Enactus” proqramına 2005-ci ildən etibarən qoşulub. Bu müddət ərzində ölkəmizin müxtəlif ali məktəblərinin komandaları bu yarışmaya qatılıb. DİA ilk dəfə 2016-cı ildə ölkə çempionu olaraq Kanadanın Toronto şəhərində keçirilən dünya birinciliyində 17 nəfərlik heyətlə iştirak edib.