AZ EN RU

"Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İctimai Birliyi

IMG-LOGO

Dəyirmi masalar

 “Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin ictimai müzakirəsi.
“Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin ictimai müzakirəsi.

14 fevral tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin ictimai müzakirəsinə dair dəyirmi masa təşkil olunub.   Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda qida təhlükəsizliyinin təkmilləşdirilməsi istiqamətində AQTA tərəfindən təklif edilən “Qida Təhlükəsizliyi haqqında” qanun layihəsində göstərilən əsas prinsiplər və yanaşmalar barədə qida sənayesini təmsil edən maraqlı tərəfləri, eləcə də istehlakçıları məlumatlandırmaq, eyni zamanda, müzakirələrdə səsləndiriləcək fikir və rəylərin layihənin yekun variantında öz əksini tapmasıdır.   Azərbaycanda regional və beynəlxalq səviyyədə kənd təsərrüfatı –qida məhsulları ticarətinin inkişafı ölkə Prezidenti tərəfindən 5 dekabr 2016-cı il tarixlərində qəbul edilmiş Milli İqtisadi İslahatlara dair Yol xəritəsinin əsasını təşkil edir. Azərbaycan qida məhsullarının beynəlxalq standartlara uyğun keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməsi vacib şərtlərdəndir. Bu baxımdan “Qida Təhlükəsizliyi haqqında” Qanunu islahatlar istiqamətində böyük bir addım kimi qiymətləndirmək olar. Azərbaycanın qida təhlükəsizliyi sistemini qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdıracaq və Aİ –nin ərzaq qanunvericiliyində göstərilən bütün əsas prinsipləri özündə əks etdirən yeni qanun qida sektorunda rəqabət qabiliyyətinin gücləndirilməsinə və qida təhlükəsizliyi sisteminin gücləndirilməsinə öz töhvəsini verəcəkdir.  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müşavir elçisi Simona Qatti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin çıxışı ilə açılan dəyirmi masada 2017-ci ildən etibarən qanun layihəsinin hazırlanmasında iştirak edən AQTA və Aİ mütəxəssislərinin qida təhlükəsizliyi ilə bağlı təqdimatları dinlənilib.   Q.Təhməzli çıxışında ölkə rəhbəri tərəfindən Agentliyin qarşısında qoyulmuş qısamüddətli və uzunmüddətli hədəflər və onların icrası istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, Agentliyin qarşısında qoyulmuş uzunmüddətli hədəflərə, o cümlədən qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan qida təhlükəsizliyi sisteminin qurulması, ölkədə istehsal olunan qida məhsullarının inkişaf etmiş bazarlara ixracının asanlaşdırılması məqsədilə qeydiyyat, sertifikatlaşdırma və nəzarət tədbirlərinin qarşılıqlı tanınmasına nail olunması, bu məqsədlə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, informasiya texnologiyalarının son nailiyyətlərindən və innovativ həllərdən istifadə etməklə qida zənciri boyu risk əsaslı nəzarət sisteminin qurulması, istehlakçıların hüquqlarının qorunması və sahibkarların mənafelərini qorumaqla qida təhlükəsizliyinin təmin edilməsi kimi hədəflərə çatmaq üçün “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018-2025-ci illər üçün Dövlət Proqamı” layihəsi və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanmış və aidiyyəti qurumlara təqdim edilmişdir. AQTA sədri Dövlət Proqramının və Qanunun layihəsinin hazırlanmasında Agentliyin əməkdaşları ilə yanaşı, xarici və yerli ekspertlər və sahibkarların təmsilçilərin də iştirak etdiyini diqqətə çatdırmışdır.   Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək bildirib ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunun qəbulu kənd təsərrüfatı və qida sektorunda fəaliyyət göstərən sahibkarlar üçün çox mühüm əhəmiyyət kəsb edir. “Bu gün kənd təsərrüfatı, qida məhsullarının istehsalı və satışı Azərbaycanda qeyri-neft sektorunun ən əsas sahələrindədir. Burada yaranmış münasibətlərin qanunvericilik səviyyəsində tənzimlənməsi sözsüz ki, münasibət iştirakçılarının da xeyrinə olacaqdır.” Daha sonra Məmməd Musayev, dəyirmi masanın əhəmiyyətinə toxunaraq, sahibkarları qanun layihəsinin müzakirəsində aktiv olmağa səsləyib.   Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin müşavir elçisi xanım Simona Qatti “Qida təhlükəsizliyi haqqında” Qanunun Azəbaycanda qida təhlükəsizliyi ilə bağlı aparılan islahatlar baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğuladı və qeyd etdi ki, bu sahədə beynəlxalq təcrübənin tətbiqi, eyni zamanda Avropa qanunvericiliyi ilə uyğunluğun təmin edilməsi Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsinə, habelə Azərbaycanla Avropa Birliyi arasında qida və kənd təsərrüfatı məhsulları sahəsində ticarət dövriyyəsinin artırılmasına öz töhfəsini verəcəkdir. Xanım Qatti, həmçinin, bildirdi ki, hazırda Azərbaycanla Avropa Birliyi arasında yeni müqavilə üzrə aparılan danışıqlarda ticarət, xüsusilə sanitariya və fitosanitariya məsələləri dominant rol oynayır. Sonda xanım Qatti xatırladıb ki, Azərbaycanla Avropa Birliyi arasında qida təhlükəsizliyi, o cümlədən heyvan və bitki sağlamlığı sahəsində əməkdaşlıq 10 ildən artıqdır ki, mövcuddur və Avropa Birliyi bu tematik sahədə Azərbaycanla əməkdaşlığını davam etdirməyəkdən məmnundur. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların, habelə istehlakçı assosiasiyalarının iştirak etdiyi tədbirdə qanun layihəsi ilə bağlı müxtəlif rəy və fikirlər səsləndirildi. Müzakirə olunan bir sıra məsələlərin AQTA mütəxəssisləri tərəfindən yenidən nəzərdən keçirilməsi məqsədəuyğun hesab edildi. Qeyd edək ki, aparılan müzakirələrin proqramı Avropa İttifaqının "Qida və qida təhlükəsizliyi sahəsində rəsmi nəzarətin həyata keçirilməsi üçün Azərbaycan Hökumətinin institusional bacarıqlarının gücləndirilməsi" layihəsinin texniki dəstəyi ilə işlənib hazırlanmışdır. Bu layihə Azərbaycanla Avropa İttifaqı arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitariya siyasəti sahəsində 10 ildən artıq davam edən əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Tərəflər müvafiq qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə hüquq və vəzifələrinin həyata keçirilməsində qarşılıqlı əlaqələrin gücləndirilməsinin, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində səylərin artırılmasının, eyni zamanda əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi ilə bağlı birgə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar. Anlaşma memorandumunda qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların qida təhlükəsizliyinə dair qanunvericiliyin tələbləri ilə bağlı maarifləndirilməsi istiqamətində birgə tədbirlərin təşkili, sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi və sahibkarların rəqabət qabiliyyətinin artırılması istiqamətində texniki və metodiki dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.   Qeyd edək ki, dəyirmi masa da Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin Sədri Səkinə Babayeva da İştirak etmişdir.

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Asossasiyası İctimai Birliyi (ANİİA) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Asossasiyası İctimai Birliyi (ANİİA) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu

<button aria-controls="sharing-popup-Blog1-byline-2181979784786664454" aria-expanded="false" aria-haspopup="true" aria-label="Paylaş" id="sharing-button-Blog1-byline-2181979784786664454" role="button"></button> AQSIA Idarə Heyətinin sədri Səkinə Babayeva, AZPROMO-nun dəstəyi ilə Bakı Biznes Mərkəzində keçirilən  Azərbaycan Nar İstehsalçıları və İxracatçılarının IV Ümumrespublika yığıncağında iştirak etmişdir.      25.01.2019-cu il tarixində ANIIA və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasındaKənd təsərrüfatı və emal sahələri üzrə birgə təlim, maarifləndirmə, təşviq işləri və digər tədbirlərin həyata keçirilməsi; Kənd təsərrüfatı sahəsində qadınlar arasında məşğulluğun artırılması məqsədi ilə praktik tədbirlərin hazırlığının keçirilməsi; Assosiasaların təşkilatçılığı ilə Azərbaycan müxtəlif rayonlarında kənd təsərrüfatı müxtəlif aspektlərinə dair keçiriləcək təlimlərə qadın sahibkarlarının cəlb edilməsi; Fərdi şəkildə incəsənət və əl işləri ilə məşğul olan, kənd təsərrüfatı məhsulları emalını həyata keçirən qadın sahibkarları ilə birgə keçiriləcək sərgi və yarmarka tipli tədbirlərə qatılmasının təşviqi istiqamətlərində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı.   AQSİA AR İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi, ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü ilə 26.10.2017-ci ildə təsis olunub. 22.12.2017-ci ildə isə dövlət qeydiyyatına alınıb. AQSİA-nın məqsədi məqsədi ölkədə qadın sahibkarlığının inkişafına dəstək olmaq, müasir Azərbaycanın milli iqtisadiyyatında qadın sahibkarlığının müxtəlif biznessahələri üzrə iqtisadi təşəbbüskarlığının artırılması və potensialının gücləndirilməsi, onların maraqlarının qorunması, ən qabaqcıl təcrübənin yayılması, fəaliyyəti və məşğul olduqlarısahələrin davamlı inkişafının dəstəklənməsi, xidmətlərinin göstərilməsində şəffaflığın və cavabdehliyin təminatı, səmərəli kollektiv fəaliyyətin təşviq edilməsinə kömək etməkdən ibarətdir.   ANİİA isə 31 oktyabr 2016-cı il tarixində Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Assosiasiya keyfiyyətli Azərbaycan narının yerli və dünya bazarına mütəmadi təchizatı, istehsal və emal prosesləri ilə bağlı təcrübələrin və bacarıqların artırılması, istehsalatda yüksək texnologiyanın tətbiqi, yüksək keyfiyyətli xammal təchizatı sahələrində fəaliyyət və xidmət göstərir.       Daha sonra tədbirə dəvət olunmuş Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosasiyasi İdarə Heyətinin sədri Səkinə Babayeva, "Naigin K Tovuz Baltika MMC"  icraçı direktoru və AQSİA-nın Beynəlxalq Əlaqələr Komissiyasının  rəhbəri Günel Məmmədhəsənova,  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının    üzvləri, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi, İqtisadiyyat Nazirliyinin nümayəndəsi, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi, Göyçay rayon İcra Hakimiyyətinin nümayəndəsi və digər iştirakçılar çıxış etdilər.   Tədbirdən sonra birliktə nahar edən hər iki assosasiyanın üzvləri aradaki dostluq münasibətlərini daha da gücləndirmək yolunda addım atdılar.

Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi AQSİA ilə əməkdaşlıq haqqında memorandum imzalayıb
Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi AQSİA ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Azərbaycan Qadın Sahibkarlarının İnkişafı Assosiasiyası (AQSİA) üzvləri, departament rəhbərləri ilə növbəti planlama görüşünü keçirib. Görüş zamanı çıxış edən AQSİA-nın sədri Səkinə Babayevabelə bir assosiasiyanın yaradılması zərurəti sahibkar qadınların dövlət başçısının və dövlət qurumlarının nümayəndələri ilə görüşləri zamanı yaranan suallardan irəli gəldi. Bu qənaətə gəldik ki, iqtisadiyyatın və sahibkarlığın inkişaf etdirilməsi üçün belə bir assosiasiyanın yaradılması vacibdir. İqtisadiyyat Nazirliyi, eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəstək alandan sonra bu qurum yaradıldı. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindən irəli gələn tapşırıqlara əsasən qadın sahibkarların fəaliyyətinin daha da genişləndirilməsi baxımından düşünürəm ki, bu assosiasiyanın böyük rolu olacaq. Daha sonra AQSİA-ya üzvü olan bir sıra təşkilatlarla əməkdaşlıq haqqında memorandum imzalanıb. Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi ilə əməkdaşlıq haqqında memorandum imzalanıb. Birliyin sədri Təranə Məmmədova bu sənədin hər iki təşkilat üçün əhəmiyyətli olacağını vurğulayıb. Natiq qeyd edib ki, cəmiyyətimizdə hər zaman aktiv olan qadınlar AQSİA-nın bütün işlərində fəal olacaqlar. Sonra görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib. AQSİA-nın üzvləri yeni layihələri müzakirə ediblər.  

“Qadın Sahibkarlığı: inkişaf perspektivləri və əməkdaşlıq” mövzusunda dəyirmi masa ətrafında müzakirələr aparılıb
“Qadın Sahibkarlığı: inkişaf perspektivləri və əməkdaşlıq” mövzusunda dəyirmi masa ətrafında müzakirələr aparılıb

AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının birgə təşkilatçılığı ilə Rusiya Federasiyasının Həştərxan vilayətini təmsil edən nümayəndə heyyəti ilə “Qadın Sahibkarlığı: inkişaf perspektivləri və əməkdaşlıq” mövzusunda dəyirmi masa ətrafında müzakirələr aparılıb. Bakı Biznes Mərkəzində baş tutan tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə Həştərxan nümayəndə heyəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və Həştərxan vilayətinin “İşgüzar Qadınlar” Assosiyasiyasının sədri İrina İlyuxina imzalayıb. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova,Həştərxan Vilayət Dumasının deputatı, “İşgüzar Qadınlar” Assosiyasiyasının üzvü İrina Brıntseva,Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva,AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Həştərxan vilayətinin “İşgüzar Qadınlar” Assosiyasiyasının sədri İrina İlyuxina ,Azərbaycan Mikromaliyyə Assosiyasiyasının icraçı direktoru Jalə Hacıyeva, Azərbaycanın 100 İşgüzar Qadınlar Klubunun sədri Tatyana Mikayılova, Salyan Resurs Mərkəzinin direktoru Sevda Quliyeva çıxış edərək, tədbirin məqsədindən danışıblar.