“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib
November 8, 2025Bakıda Azərbaycan-İraq biznes forumu keçirilib
November 8, 2025QHT-lərə Dövlət Dəstəyi Agentliyində keçirilən görüşdə “Sahibkarlıqda bərpa olunan enerji mənbələrinin təşviqi” layihəsi ilə qalib olan AQSİA da iştirak edib, Assosiasiyanın İH sədri Səkinə Babayeva digər qalibləri təbrik edərək uğurlar arzulayıb.



“COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib
18 sentyabr 2024-cü ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində “COP29-la bağlı beynəlxalq təşəbbüslər” böyük və orta qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova və digər məsul şəxslər iştirak edib.
Keçirilmiş müsabiqədə #AQSİA “Sahibkarlıqda bərpa olunan enerji mənbələrinin təşviqi” layihəsi ilə iştirak edərək qalib olmuşdur. Görüşdə iştirak edən AQSİA İH sədri Səkinə Babayeva qalib olmuş digər #QHT -nı təbrik etmiş və işlərində müvəfəqiyyətlər arzulamışdır.

