AQSİA #COP29 Çərçivəsində Bərpa Olunan Enerji Mənbələrinin Tətbiqinə Dair Interaktiv Seminar Keçirib
November 6, 2025AQSİA-nın Sədri Səkinə Babayeva İstanbulda Türk Ticarət Forumunda Çıxış Edib
November 6, 202514 noyabr 2024-cü il tarixində COP29 Mavi Zonada Avropa İttifaqının stendində keçirilən müzakirələrdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (#AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edib.
Çıxışında Səkinə Babayeva qeyd edib ki, qadınlar, xüsusilə inkişaf etməkdə olan ölkələrdə, kənd təsərrüfatı və su idarəetməsi sahələrində innovasiyaların tətbiqində mühüm rol oynayırlar. Qadın sahibkarlar davamlı kənd təsərrüfatı texnologiyalarını yaymaq, iqlim dəyişikliklərinə uyğun üsullar tətbiq etmək və yeni ekoloji həllər təqdim etmək sahələrində öncül mövqedədirlər.
Həmçinin, Babayeva AQSİA tərəfindən təşkil olunan və Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondu (UNFPA) ilə birgə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” layihəsinin qadın sahibkarların inkişafında müsbət təsirlərindən danışıb.
Layihənin uğurlu benefisiarlarından biri olan Sahilə Hacıyevanın uğur hekayəsi barədə məlumatlar Avropa İttifaqının stendində nümayiş etdirilib.


14 noyabr 2024-cü il tarixində COP29 Mavi Zonada Avropa İttifaqının stendində keçirilən İqlim dəyişikliyi ilə mübarizə qadınların rolunun artırılması müzakirələrində AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva da çıxış edib.
O çıxışında bildirib ki, qadınlar, xüsusilə inkişaf etməkdə olan ölkələrdə, kənd təsərrüfatı və su idarəetməsi sahələrində çoxsaylı yeniliklər gətirə bilirlər. Qadın sahibkarlar, iqlim dəyişikliklərinə uyğun kənd təsərrüfatı üsullarını tətbiq etmək, davamlı kənd təsərrüfatı texnologiyalarını yaymaq və yeni ekoloji həllər təqdim etmək sahələrində mühüm rol oynayırlar.
Bundan başqa Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən təşkil olunan, Avropa İttifaqının maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereeotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramının dəstəyi ilə ölkəmizdə icra olunan layihənin qadın sahibkarların inkişafında müsbət təsirlərindən bəhs olunub.
Qeyd olunan layihənin uğurlu benefisiarlarından biri olan Sahilə Hacıyevanın uğur hekayesi haqqında məlumatlandırıcı materiallar Avropa İttifaqının stendində nümayiş olunub.


