AQSİA Türkiyəli iş qadınları ilə B2B görüşlərə ev sahibliyi edib
November 6, 2025AQSİA sədri Səkinə Babayeva Astana Beynəlxalq Forumunda çıxış edib
November 6, 2025#USKD üzvləri Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanla Türkiyə arasında qadın liderliyi və davamlı inkişaf sahəsində #əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası(AQSİA) Türkiyədən gələn Uluslararası Sürdürülebilir Kalkınmada Kadın Derneği(USKD) üzvlərinə ev sahibliyi edib
Türkiyənin İzmir şəhərindən Azərbaycana gələn Uluslararası Sürdürülebilir Kalkınmada Kadın Derneği (#USKD) üzvlərinə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (#AQSİA) ev sahibliyi edib. Bu səfər, iki ölkə arasında qadınların #liderliyi və davamlı inkişaf sahəsində #əməkdaşlığı gücləndirmək məqsədi daşıyan mühüm bir tədbir olub.
AQSİA tərəfindən təşkil olunan proqramın ilk mərhələsi milli yaddaşımıza dərin hörmətlə başlanıb. #USKD üzvləri Şəhidlər Xiyabanını ziyarət edərək, vətənimizin azadlığı uğrunda canını fəda edən #qəhrəman#şəhidlərin əziz xatirəsini yad ediblər.
Ziyarət zamanı şəhidlərimizin şərəfinə Əbədi məşəl abidəsi önünə əklil qoyulub. Bu anlar, iki qardaş xalqın bir-birinin milli dəyərlərinə və tarixinə olan hörmətinin bariz ifadəsi kimi yadda qalıb.




