AQSİA ev sahibliyi ilə Azərbaycan-Türkiyə qadın sahibkarlarının görüşünü təşkil edib
November 6, 2025AQSİA Türkiyəli qadın liderlər üçün ev sahibliyi edib
November 6, 2025#AQSİA və #USKD üzvləri arasında keçirilən görüşlərdə Bakı və müxtəlif müəssisələr ziyarət edilərək #iqtisadi əlaqələr və #əməkdaşlıq perspektivləri müzakirə olunub, #B2B müzakirələr ilə yekunlaşıb.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası(#AQSİA), Türkiyəli iş qadınları Uluslararası Sürdürülebilir Kalkınmada Kadın Derneği (#USKD) arasında B2B görüşlər və işgüzar əlaqələrin gücləndirilməsi üçün ev sahibliyi edib.
AQSİA-nın təşkil etdiyi proqram çərçivəsində #B2B xarakterli görüşlər keçirilib və bir sıra müəssisələr ziyarət olunub. İlk müəssisə “Hazel” müəssisəsi olub. Görüşdə AQSİA üzvləri ilə yanaşı, AKİAB-ın üzvləri də iştirak ediblər.
AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, qonaqları bir daha salamlayaraq, onların ölkəmizdə olmasından məmnunluğunu ifadə edib. O, bu cür görüşlərin iki ölkə arasında #iqtisadi əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. Daha sonra “Hazel” müəssisəsinin rəhbəri Elxan Sultanlı, qonaqlara müəssisənin fəaliyyəti və məhsulları barədə ətraflı məlumat verib.
USKD İdarə Heyətinin sədri Ayla Alkan, səfərdən duyduğu məmnunluğu ifadə edərək, bu cür tədbirlərin və #əməkdaşlıq görüşlərinin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Görüş zamanı #USKD, #AQSİA və #AKİAB üzvləri özlərini təqdim edərək, sahibkarlıq fəaliyyətləri və layihələri haqqında məlumat veriblər.
Görüş #B2B formatlı müzakirələr əsasında yekunlaşıb və tərəflər gələcək əməkdaşlıq üçün konkret addımları müzakirə ediblər.
Səfərin növbəti mərhələsində AQSİA İH sədri Səkinə Babayeva və USKD üzvləri Bakı KOB Evini ziyarət ediblər. Səkinə Babayeva, qonaqlara #KOB Evinin fəaliyyəti, strukturu və xidmətləri barədə məlumat verib. Bu ziyarət, Azərbaycanın kiçik və orta biznes sahəsində tətbiq etdiyi müasir yanaşmaların Türkiyə nümayəndə heyəti ilə paylaşılması baxımından əhəmiyyətli olub.
Növbəti müəssisə ziyarəti “Expo home”olub.
#AKİAB İH sədri Elxan Sultanlı USKD üzvlərinə müəssisə və məhsullar haqqında məlumat verib.”Expo home” müəssisəsində ev üçün lazım olan hər növdə və çeşiddə əşya mövcuddur.
Sonuncu müəssisə ziyarəti “#Logos psixoloji və nitq mərkəzi”-də keçirilib.
Məssisənin təsisçi rəhbəri Təranə Paşayeva qonaqları salamlayaraq ,müəssisənin əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Sonda xatirə foto çəkilib.




