Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin 41-ci ildönümü qeyd olunub
November 6, 2025AQSİA-nın təşkilatçılığı ilə növbəti korporativ səhər yeməyi keçirilib
November 6, 2025AQSİA-nın ev sahibliyi ilə Bakıda baş tutan görüş çərçivəsində #USKD üzvləri @aqat_tebii_daslar mağazasını ziyarət edib, tərəflər qadın sahibkarlığının inkişafında uzunmüddətli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (#AQSİA) ev sahibliyi etdiyi Uluslararası Sürdürülebilir Kalkınmada Kadın Derneğinin (#USKD) üzvləri @aqat_tebii_daslar mağazasını ziyarət ediblər.
Ziyarət zamanı mağazanın rəhbəri Aslan Abbaszadə qonaqlara mağazanın yaranma tarixi və təqdim edilən təbii daşların xüsusiyyətləri barədə ətraflı məlumat verib. Bu səfər qonaqlar üçün həm maarifləndirici, həm də maraqlı bir təcrübə olub.
Günün sonunda #USKD İdarə Heyətinin sədri Ayla Alkan tərəfindən Türkiyədən gətirilən xüsusi hədiyyələr #AQSİA İdarə Heyətinin sədri Səkinə Babayevaya təqdim edilib. Ayla Alkan, səfərləri müddətində Azərbaycanda AQSİA əməkdaşlarının göstərdikləri qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.
Eyni zamanda, iki qurum arasında #gələcək əməkdaşlıqların uzunmüddətli və məhsuldar olacağına inandığını, bu #əlaqələrin hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Bu görüş iki ölkənin #qadın sahibkarlıq təşkilatları arasında dərinləşən #dostluq və #əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə xidmət edir.




