Azərbaycanda qadın sahibkarların payı 23 faizə yüksəlib
June 5, 2026AQSİA Türk Dünyasında Qadınların İqtisadi Güclənməsinə Həsr Olunan Beynəlxalq Konfransda Təmsil Olunub
June 5, 202614 aprel 2026-cı il tarixində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransının açılış mərasimi keçirilib.
Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində təşkil olunan tədbirdə dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, qadın liderlər və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.
Tədbirdə AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, İdarə Heyətinin üzvləri Sevda Əlizadə, Lətifə Əhmədova, Vəsilə Abulova, Pərvanə İsgəndərova, Leyla Seyidzadə, Təranə Paşayeva, Elnarə Nəhmədova və Sona Hüseynova, həmçinin AQSİA üzvü, hüquqşünas Arzu Əliyeva və AQSİA-nın Beynəlxalq və Protokol şöbəsinin rəhbəri Günay Həsənli iştirak ediblər.
Qonaqları salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycanın çoxtərəfli diplomatiyada fəal iştirakı və regional təhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələr ölkənin beynəlxalq münasibətlərdə artan rolunu aydın şəkildə nümayiş etdirir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxışında belə tədbirlərin cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını, xüsusilə qadın sahibkarlığının inkişafına və qadınların liderlik potensialının gücləndirilməsinə töhfə verdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində qadınların davamlı inkişaf və qərar qəbuletmə proseslərində iştirakının dəstəklənməsi xüsusi önəm daşıyır.
AQEM-in Baş katibi Kayrat Sarıbay isə qadınların səlahiyyətləndirilməsinin beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən milli siyasətlərin ayrılmaz hissəsi olduğunu bildirib.
Tədbir zamanı BMT Baş katibinin müavini, BMT Qadınlar qurumunun İcraçı direktoru Sima Sami Bahousun videomüraciəti nümayiş olunub. Daha sonra “Qadınların gücləndirilməsi: milli siyasətdən beynəlxalq təşəbbüslərə” adlı sənədli film iştirakçılara təqdim edilib.
Konfrans çərçivəsində “Kiçik və orta biznesdə qadın sahibkarlığı: süni intellekt və rəqəmsallaşmanın imkanlarından istifadə” və “Ətraf mühitin qorunması və dayanıqlılığın qurulmasında qadın liderliyi” mövzularında panel müzakirələri keçirilir. Eyni zamanda, AQEM Qadınlar Şurasının ilk iclasının təşkili nəzərdə tutulur.
The opening ceremony of the international conference titled “Empowering Women’s Voices for Sustainable Development in the CICA Region” was held on April 14, 2026, within the framework of Azerbaijan’s chairmanship of the Conference on Interaction and Confidence Building Measures in Asia (CICA).
The event brought together government officials, international representatives, women leaders, and members of civil society to discuss the role of women in sustainable development, decision-making processes, and regional cooperation.
Among the participants were AQSIA Chairperson Sakina Babayeva, members of the Board of Directors Sevda Alizadeh, Latifa Ahmadova, Vasila Abulova, Parvana Isgandarova, Leyla Seyidzadeh, Tarana Pashayeva, Elnara Nahmadova, and Sona Huseynova, as well as AQSIA member and lawyer Arzu Aliyeva and Head of AQSIA’s International Relations and Protocol Department Gunay Hasanli.
Welcoming the participants, Chairperson of the State Committee for Family, Women and Children’s Affairs Bahar Muradova highlighted Azerbaijan’s active role in multilateral diplomacy and its contribution to regional security initiatives, emphasizing the country’s growing influence in international relations.
Vice-President of the Heydar Aliyev Foundation Leyla Aliyeva noted the importance of such events in addressing key social issues, particularly in promoting women’s entrepreneurship and leadership. She stressed that Azerbaijan’s CICA chairmanship actively supports women’s participation in sustainable development and decision-making processes.
CICA Secretary General Kairat Sarybay underlined that women’s empowerment is an integral part of national implementation efforts within the framework of international cooperation.
The participants also watched a video message from Sima Sami Bahous, United Nations Under-Secretary-General and Executive Director of UN Women. The event continued with the screening of a documentary titled “Women’s Empowerment: From National Policies to International Initiatives.”
As part of the conference, panel discussions are being held on “Women’s Entrepreneurship in Small and Medium-Sized Businesses: Harnessing the Opportunities of Artificial Intelligence and Digitalization” and “Women’s Leadership in Environmental Protection and Building Resilience.” The first meeting of the CICA Women’s Council is also scheduled to take place during the conference.







