AQSİA-nın təşkilatçılığı ilə ” İqtisadiyyatda Həmrəy Qadınlar” adlı növbəti korporativ səhər yeməyi keçirilib.
June 5, 2026AQEM çərçivəsində “Qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın açılışı keçirilib
June 5, 2026AQEM çərçivəsində keçirilən “Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” adlı yan tədbirdə qadınların iqtisadi fəallığının artırılması, dövlət dəstəyi mexanizmləri və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
Tədbirdə çıxış edən Səkinə Babayeva bildirib ki, son illərdə Azərbaycanda qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib. Onun sözlərinə görə, bu artım qadın sahibkarlığının inkişafına göstərilən diqqətin və həyata keçirilən dəstək tədbirlərinin nəticəsidir.
Çiğdem Erdoğan Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin qadınların inkişafı və iqtisadi fəallığının artırılmasına mühüm töhfə verdiyini vurğulayıb.
Nurqül Tau isə Qazaxıstanda qadınların potensialının üzə çıxarılması və iqtisadi fəallığının gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Tədbirdə çıxış edən Hicran Hüseynova Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakını və qadınların iqtisadi səlahiyyətləndirilməsinin əhəmiyyətini qeyd edib. Bahar Muradova isə qadınların iqtisadi fəallığının artırılmasının inklüziv və davamlı inkişafın əsas hərəkətverici qüvvələrindən biri olduğunu bildirib.
Çıxışlar zamanı qadınların beynəlxalq ticarət və müxtəlif sahələrdə iştirak imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb. Tədbirdə AQSİA İdarə Heyətinin üzvləri və qadın sahibkarlar da iştirak ediblər.
Women Entrepreneurs’ Share in Azerbaijan Rises to 23%
The share of women entrepreneurs in Azerbaijan has increased from 3% to 23% in recent years, reflecting the success of policies and support mechanisms aimed at empowering women in business, AQSIA Chairperson Sakina Babayeva announced during a side event on “The Development of Women’s Entrepreneurship and Improvement of Legislation” held within the framework of AQEM.
The event brought together representatives from Azerbaijan, Türkiye, and Kazakhstan to discuss women’s economic participation, state support programs, and opportunities for international cooperation. Speakers highlighted the importance of strengthening women’s role in business, expanding access to international trade, and promoting inclusive and sustainable economic growth.
Participants emphasized that increasing women’s economic activity remains one of the key drivers of sustainable development and a vital factor in enhancing prosperity across the region.







