“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin yekun tədbiri keçirilib
March 14, 2026“Bakı Tekstil Fabriki”ndə keçirilən görüşdə qadın sahibkarların beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub.
Qadın sahibkarlığının inkişafı və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə görüş keçirilib. Tədbir Bakı Tekstil Fabriki MMC-nin ofisində baş tutub.
Görüşdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İdarə Heyətinin sədri Səkinə Babayeva, Xəzər Biznes Təşəbbüsü təşkilatının prezidenti Gülnarə Rəhimova, Ümumdünya Biznes Alyansının prezidenti Anastasiya Şikareva, həkim-psixiatr, alim, tibb elmləri namizədi Ester Vavilonskaya, təşkilatın vitse-prezidenti Ramil Səlifov və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə iştirak ediblər.
Görüş zamanı qadın sahibkarlığının inkişafı, onların biznes mühitində rolunun gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Çıxışlarda qadınların sahibkarlıq fəaliyyətinə daha fəal cəlb olunmasının, onların bilik və bacarıqlarının artırılmasının əhəmiyyəti vurğulanıb.
Görüşün əsas nəticəsi olaraq tərəflər arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandum imzalanıb. Memorandum çərçivəsində biznes təşəbbüslərinin dəstəklənməsi, təcrübə mübadiləsi, beynəlxalq layihələrin həyata keçirilməsi və qadın sahibkarların fəaliyyətinin təşviqi istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.
Görüşdən sonra qonaqlar Bakı Tekstil Fabrikinin istehsal sahələri ilə tanış olublar. Sonda tərəflər gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.
A meeting dedicated to the development of women’s entrepreneurship and the expansion of international cooperation opportunities was held at the office of Baku Textile Factory.
The meeting was attended by the Chairperson of the Board of Association for the Development of Women’s Entrepreneurship in Azerbaijan Sakina Babayeva, President of Caspian Business Initiative Gulnara Rahimova, President of World Business Alliance Anastasia Shikareva, psychiatrist and medical scientist Ester Vavilonskaya, Vice-President Ramil Salifov, and Chairman of the Journalists Support for Diaspora Activities Public Union Fuad Huseynzade.
During the meeting, participants exchanged views on strengthening the role of women entrepreneurs in the business environment and expanding international cooperation opportunities.
As a result of the meeting, a memorandum of cooperation was signed to expand collaboration between the parties. The memorandum envisages joint activities aimed at supporting business initiatives, exchanging experience, implementing international projects, and promoting the activities of women entrepreneurs.
After the meeting, the guests visited the production facilities of Baku Textile Factory. The parties also expressed their interest in continuing cooperation on future joint projects.







