Naxçıvan Dövlət Universitetində tələbə xanımlarla sahibkarlıq və karyera imkanlarına dair görüş keçirilib
March 9, 2026Gəncədə Tələbə Qızlar Üçün Sahibkarlıq və Karyera Görüşü Keçirilib
March 14, 2026AQSİA-nın təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət rəsmiləri, deputatlar və iş dünyası nümayəndələri qadın sahibkarlığının iqtisadi əhəmiyyətini vurğuladı
4 mart 2026-cı il tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən “Parlayan Qadınlar” adlı gala gecəsi təşkil olunub. Tədbir qadın sahibkarlığının təşviqi, qadınların iqtisadi və sosial həyatda rolunun gücləndirilməsi və onların fəaliyyətlərinin tanıdılması məqsədi daşıyıb.
Gala gecəsi çərçivəsində əvvəlcə iştirakçılar üçün netvörk və sərgi zonası təşkil olunub. Ardınca tədbirin rəsmi açılışı baş tutub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə bir sıra dövlət qurumlarının və təşkilatların rəhbər şəxsləri çıxış edərək qadın sahibkarlığının inkişafının ölkə iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıblar. Çıxış edənlər arasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Milli Məclisinin VII çağırış deputatı Hicran Hüseynova, Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva iştirak edərək çıxış ediblər.
Qeyd olunub ki, tədbirin təşkilində AQSİA İdarə Heyətinin üzvləri xüsusi fəallıq göstərərək yüksək təşkilati dəstək veriblər və gecənin yüksək səviyyədə keçirilməsinə mühüm töhfə veriblər.
Tədbir çərçivəsində iftar vaxtı münasibətilə azan səsləndirilib, daha sonra musiqili proqram təqdim olunub. Gecə müxtəlif viktorinalar, qadın sahibkarların məhsullarının tanıtımı və interaktiv oyunlarla davam edib.
“Parlayan Qadınlar” gala gecəsi iştirakçılar üçün həm şəbəkələşmə, həm də qadın sahibkarların fəaliyyətinin tanıdılması baxımından əhəmiyyətli platforma olub.
Organized by the Association for the Development of Women’s Entrepreneurship in Azerbaijan (AWEDA), the event brought together government officials, parliamentarians, and business leaders to champion women’s economic empowerment
On March 4, 2026, the Association for the Development of Women’s Entrepreneurship in Azerbaijan (AWEDA) hosted a prestigious gala night titled “Shining Women.” The event was held with the aim of promoting women’s entrepreneurship, strengthening women’s role in economic and social life, and recognizing their achievements.
The evening began with a networking and exhibition zone, giving attendees the opportunity to connect and showcase their work. The official opening ceremony followed, during which the National Anthem of the Republic of Azerbaijan was performed and a minute of silence was observed in honor of the country’s martyrs.
A number of senior officials from state institutions and organizations addressed the audience, highlighting the significance of women’s entrepreneurship for the national economy. Speakers included Bahar Muradova, Chair of the State Committee on Family, Women and Children’s Affairs of the Republic of Azerbaijan; Hijran Huseynova, Member of Parliament of the VII convocation of the Milli Majlis; Mammad Musayev, President of the Confederation of Entrepreneurs of Azerbaijan; and Sakina Babayeva, Chair of the Board of AWEDA.
It was noted that members of the AWEDA Board of Directors demonstrated exceptional dedication in organizing the event, making a significant contribution to ensuring that the evening was held at the highest level.
In keeping with the spirit of the holy month of Ramadan, the call to prayer was announced at iftar time, after which a musical program was presented. The evening continued with quizzes, product showcases by women entrepreneurs, and interactive activities.
The “Shining Women” Gala Night served as a meaningful platform for participants — both as an opportunity for networking and as a celebration of the contributions of women entrepreneurs across Azerbaijan.







