AQSİA qadın sahibkarlar üçün Quba bölgəsinə təcrübə mübadiləsi səfəri təşkil edib
March 9, 2026AQSİA üzvləri KOBİA rəhbərliyi ilə işgüzar görüş keçirib
March 9, 2026“Türkiyə–Azərbaycan ticarət nümayəndə heyəti və B2B görüşləri” tədbiri çərçivəsində qadın sahibkarlığının inkişafına yönəlmiş yeni tərəfdaşlıq qurulub.
Bakıda keçirilən “Türkiyə–Azərbaycan ticarət nümayəndə heyəti və B2B görüşləri” tədbiri çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ilə Business Network WORLD arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Tədbir **Türkiyə Ticarət Nazirliyi**nin koordinasiyası, **Türkiyə İxracatçılar Assambleyası**nın (TİM) təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və **İxracın və İnvestisiyaların Təşviqi Agentliyi**nin (AZPROMO) tərəfdaşlığı ilə baş tutub.
İmzalanan memorandum qadın sahibkarlığının inkişafına dəstək verilməsi, sahibkar qadınların beynəlxalq biznes şəbəkələrinə inteqrasiyasının genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və birgə təşəbbüslərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
AQSİA eyni zamanda tədbirə təşkilati dəstək göstərərək yerli sahibkarların, xüsusilə qadın sahibkarların beynəlxalq işgüzar platformada iştirakına və yeni əməkdaşlıq imkanları əldə etməsinə töhfə verib.
Tədbirin əsas məqsədi iş adamları arasında birbaşa əlaqələrin qurulmasına, yeni tərəfdaşlıqların formalaşdırılmasına dəstək olmaq və qarşılıqlı ticarət dövriyyəsinin artırılmasını təşviq etməkdir.
Tədbirdə çıxış edən Mustafa Gültepe, **Türkiyə İxracatçılar Assambleyası**nın prezidenti, Orxan Məmmədov, **Kiçik və Orta Biznesin İnkişafı Agentliyi**nin İdarə Heyətinin sədri, Şəbnəm Allahverdiyeva, **AZPROMOnun icraçı direktorunun müşaviri və Birol Akgün, **Türkiyənin Azərbaycandakı Səfirliyinin fövqəladə və səlahiyyətli səfiri Azərbaycan ilə Türkiyə arasında “Bir millət, iki dövlət” prinsipi əsasında qurulmuş strateji əməkdaşlığın iqtisadi sahədə daha da genişləndirilməsi üçün mövcud imkanlar və perspektivlər barədə fikirlərini bölüşüblər.
A cooperation memorandum was signed between the Association for the Development of Women’s Entrepreneurship in Azerbaijan (AQSIA) and Business Network WORLD during the “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event held in Baku.
The event was organized under the coordination of the Ministry of Trade of Türkiye, with the organization of the Turkish Exporters Assembly (TİM), and in partnership with the Small and Medium Business Development Agency of Azerbaijan (KOBIA) and the Azerbaijan Export and Investment Promotion Agency (AZPROMO).
The memorandum aims to support the development of women’s entrepreneurship, expand the integration of women entrepreneurs into international business networks, establish new partnerships, and implement joint initiatives.
AQSIA also provided organizational support to the event, contributing to the participation of local entrepreneurs—especially women entrepreneurs—on an international business platform and helping them explore new cooperation opportunities.
The main objective of the event was to facilitate direct contacts among business representatives, encourage the formation of new partnerships, and promote the growth of bilateral trade turnover.
During the event, Mustafa Gültepe, President of the Turkish Exporters Assembly, Orxan Məmmədov, Chairman of the Board of the Small and Medium Business Development Agency of Azerbaijan, Şəbnəm Allahverdiyeva, Advisor to the Executive Director of AZPROMO, and Birol Akgün, Ambassador Extraordinary and Plenipotentiary of Türkiye to Azerbaijan, shared their views on expanding the strategic economic cooperation between Azerbaijan and Türkiye based on the principle of “One nation, two states.










