AQSİA üzvləri AZE TURİZM şirkətinə müəssisə ziyarəti ediblər
March 9, 2026AQSİA və Business Network WORLD arasında əməkdaşlıq memorandumu imzalanıb
March 9, 2026Şahdağ Quba kompleksində keçirilən görüşdə qadın sahibkarlığının inkişafı, sağlamlıq turizmi və regional iqtisadiyyatın gücləndirilməsi müzakirə olunub.
21–22 fevral 2026-cı il tarixlərində **Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası**nın (AQSİA) 30 nəfərlik qadın sahibkardan ibarət nümayəndə heyəti Assosiasiyanın üzvü sahibkar **Nərmin Məhərrəmzadə**nin rəhbərlik etdiyi Shahdagh Quba & Truskavets Medical-Sanatorium Complexdə səfərdə olub.
Səfərin əsas məqsədi qadın sahibkarlar arasında təcrübə mübadiləsini gücləndirmək, sağlamlıq turizmi sahəsində qadınların rolunu təşviq etmək və Quba regionunun turizm potensialını tanıtmaq olub.
Qudyalçayın sahilində yerləşən kompleks müasir tibbi avadanlıqlar, peşəkar həkim heyəti və Truskavets kurort təcrübəsinə əsaslanan müalicə proqramları ilə seçilir.
Səfər çərçivəsində **Azərbaycan Respublikası Milli Məclisi**nin deputatı, professor Əlibala Məhərrəmzadə qadın sahibkarlarla görüşərək regionlarda sahibkarlığın və qeyri-neft sektorunun inkişafının əhəmiyyətini vurğulayıb. O, qadın sahibkarlığının ölkə iqtisadiyyatında artan rolunu yüksək qiymətləndirərək, bu sahədə həyata keçirilən təşəbbüslərin regional inkişaf, məşğulluğun artırılması və qeyri-neft sektorunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
AQSİA nümayəndə heyəti səfərin təşkilinə görə Assosiasiyanın İdarə Heyətinin sədri **Səkinə Babayeva**ya, eləcə də kompleksin rəhbəri Nərmin Məhərrəmzadəyə təşəkkürünü bildirib.
Qeyd olunub ki, bu kimi təşəbbüslər qadın sahibkarlığının inkişafına təkan verir və regionların davamlı iqtisadi inkişafına mühüm töhfə verir.
On February 21–22, 2026, a delegation of 30 women entrepreneurs from the Association for the Development of Women’s Entrepreneurship in Azerbaijan (AQSIA) visited the Shahdagh Quba & Truskavets Medical-Sanatorium Complex, led by entrepreneur Nərmin Məhərrəmzadə, a member of the association.
The purpose of the visit was to strengthen experience sharing among women entrepreneurs, promote the role of women in health tourism, and highlight the tourism potential of the Quba region.
Located on the banks of the Gudyal River, the complex stands out for its modern medical equipment, professional medical staff, and treatment programs based on the resort experience of Truskavets.
During the visit, Member of Parliament and professor Əlibala Məhərrəmzadə from the National Assembly of Azerbaijan met with the women entrepreneurs and emphasized the importance of developing entrepreneurship and the non-oil sector in the regions. He highlighted the growing role of women’s entrepreneurship in the national economy, noting that such initiatives are particularly important for regional development, increasing employment, and strengthening the non-oil sector.
The AQSIA delegation expressed its gratitude to the Chairperson of the Association’s Board Səkinə Babayeva and to the head of the complex Nərmin Məhərrəmzadə for organizing the visit.
Such initiatives contribute significantly to strengthening women’s entrepreneurship and promoting sustainable regional development.










