Bakıda II Azərbaycan Halal Biznes Forumu keçirilib
November 28, 2025AQSİA SAMİKAD nümayəndə heyətinin KOBİA-da görüşünü təşkil etdi
November 28, 2025Qadın sahibkarlığının inkişafı və iki ölkə arasında əməkdaşlıq müzakirə olunub
2025-ci il oktyabrın 14-də Türkiyənin Samsun şəhərində fəaliyyət göstərən Samsun İş Qadınları Dərnəyi (SAMİKAD) nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Birol Akgün ilə görüş keçirib. Görüş Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə baş tutub.
Tədbir zamanı iki qardaş ölkə arasında qadın sahibkarlığının inkişafı, biznes mühitində əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Cənab Birol Akgün Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlığın önəmini vurğulayıb və qadın sahibkarların qarşılıqlı əlaqələrinin gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
SAMİKAD rəhbərliyi səfirliyə səmimi qəbula görə təşəkkürünü bildirib və gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində əməkdaşlığa hazır olduqlarını ifadə ediblər.
Görüş çərçivəsində tərəflər gələcək layihələr, təlim proqramları və ticarət əməkdaşlığı imkanlarını müzakirə ediblər, qadın sahibkarların potensialını genişləndirmək və ikitərəfli əlaqələri daha da inkişaf etdirmək məqsədilə planlar hazırlanıb.



