“Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarların rolu müzakirə edilib”
November 28, 2025AQSİA SAMİKAD nümayəndə heyətinin Türkiyənin Azərbaycandakı səfiri ilə görüşünü təşkil etdi
November 28, 2025“Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi” mövzusunda forum 30-dan çox ölkədən nümayəndələri bir araya gətirib

Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumu 30-dan çox ölkədən nümayəndələri bir araya gətirib. Forumun əsas məqsədi halal sənaye sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə və fikir mübadiləsinin təşviqi və regiona sərmayə cəlb edilməsidir.
Tədbirdə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva da iştirak edərək, halal sənayenin qadın sahibkarlar üçün yaratdığı yeni imkanları qiymətləndirib və mövcud təşəbbüslər barədə tərəfdaşlarla müzakirələr aparıb.
Forum çərçivəsində təşkil olunan sərgidə Azərbaycan, Türkiyə, Özbəkistan, Pakistan, Qırğızıstan və digər ölkələrdən 30-a yaxın şirkət öz məhsul və xidmətlərini nümayiş etdirib. Sərgi iştirakçıları halal sənaye sahəsində innovativ həllər, ekoloji və sosial məsuliyyətli yanaşmalar, həmçinin dayanıqlı biznes modelləri barədə təcrübə mübadiləsi aparıblar.
Forum iştirakçıları halal sənayenin qadın sahibkarların fəaliyyətini genişləndirmək, ixrac potensialını artırmaq və regionda iqtisadi əməkdaşlığı gücləndirmək üçün əhəmiyyətli platforma rolunu oynadığını vurğulayıblar. AQSİA-nın sədri Səkinə Babayeva çıxışında, qadın sahibkarların halal biznes sektorunda aktiv iştirakı ilə ölkəmizin iqtisadi və sosial inkişafına töhfə verə biləcəyini bildirib.
Tədbirin yekununda forum iştirakçıları üçün əlaqələrin gücləndirilməsi və yeni layihələrin reallaşdırılması imkanlarını nəzərdə tutan görüşlər təşkil olunub.

