“KOBİA-nın dəstəyi ilə tikinti biznesi mövzusunda ictimai müzakirə keçirilib”
November 28, 2025Bakıda II Azərbaycan Halal Biznes Forumu keçirilib
November 28, 2025Yeni Azərbaycan Partiyası və Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfrans keçirilib.
Tədbirdə işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişaf və qadın sahibkarların rolunun artırılması məsələləri müzakirə olunub. YAP sədrinin müavini Tahir Budaqov vurğulayıb ki, yeni iqtisadi rayonların yaradılması ölkə üzrə iqtisadi fəallığın artmasına və yaşayış şəraitinin yaxşılaşmasına töhfə verəcək.
Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, iqtisadiyyatda gender bərabərliyinin təmin edilməsi vacibdir və qadın sahibkarlar yalnız dövlət yardımı ilə kifayətlənməyərək öz gəlirlərini yaratmalıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, işğaldan azad edilmiş ərazilərdə qadın sahibkarlığın inkişafı üçün 11 Qadın Resurs Mərkəzi və 3 İcma Mərkəzi yaradılıb. Qarabağ və Şərqi Zəngəzurda qadın sahibkarların fəaliyyətinin genişləndirilməsi üçün hazır layihələr mövcuddur.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq üçün KOBİA-ya daxil olan 980 müraciətdən 42-si qadın sahibkarlara aiddir. Layihələr ticarət, xidmət, sənaye, kənd təsərrüfatı, turizm, tikinti, təhsil və səhiyyə sahələrini əhatə edir.
Kənd Təsərrüfatı Nazirliyinin müavini İlhamə Qədimova, İqtisadiyyat nazirinin müavini və AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edərək qadın sahibkarların təqdim etdiyi layihələr, onların rolunun artırılması və gələcək perspektivlər barədə məlumat veriblər.



