Quba-Xaçmaz bölgəsində qadınların iqtisadi səlahiyyətləndirilməsi layihəsi təqdim edilib
November 28, 2025Sahibkarlar Günü münasibətilə tədbir keçirilib
November 28, 2025Azərbaycan Respublikasında Qazaxıstan səfirliyində işgüzar görüş keçirilib. Görüşdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva, Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov, Qazaxıstan Parlamenti Məclisinin üzvü Ləzzət Ramazanova və Qazaxıstan Respublikasının Sahibkarlar Palatasının nümayəndəsi Saltanat Abdikarimova iştirak ediblər.
Tərəflər Azərbaycan-Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi və qadın sahibkarların bu sahədəki rolunun artırılması məsələlərini müzakirə ediblər.
AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib ki, rəhbəri olduğu 7 türk dilli dövlətin “Qadın Sahibkarlar Komitəsi” çərçivəsində Azərbaycan-Qazaxıstan arasında işgüzar və dostluq əlaqələrinin qorunmasına və inkişaf etdirilməsinə xüsusi diqqət göstərilir.


