Regionlarda qadın sahibkarlığının inkişafı layihəsinə start verilib
November 28, 2025Qusarda qadın sahibkarlar üçün “Yeni fürsətlər və şəbəkələşmə” konfransı keçirilib
November 28, 2025Bakı Ekspo Mərkəzində kənd təsərrüfatında qadın sahibkarlığın rolu müzakirə olunub
Bakı Ekspo Mərkəzində 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan) sərgiləri çərçivəsində “Qadın Qüdrəti” adlı panel təşkil olunub.
Paneldə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva moderator kimi çıxış edib. Çıxışlar zamanı AQSİA İH üzvü Jalə Əmirbəyova, AgroMix MMC-nin təsisçisi Gülpəri Bayramova, “TOG” MMC-nin rəhbəri professor Nigar Kamilova Mir-Nağı və Oğuz-Eli Startap layihəsinin rəhbəri Aidə Behbudova iştirak edib.
Tədbirdə iştirakçılar kənd təsərrüfatı və qadın sahibkarlığı sahəsindəki suallarını verərək, geniş müzakirələr aparıblar. Panel çərçivəsində qadın sahibkarların nailiyyətləri, sektorun inkişaf perspektivləri və sahibkarlıq imkanları barədə ətraflı məlumat təqdim olunub.


