AQSİA Xaçmaz və Qubada gender məlumatlılığını artırır
November 28, 2025Regionlarda qadın sahibkarlığının inkişafı layihəsinə start verilib
November 28, 2025Nur-Sultanda keçirilən beynəlxalq konqresdə qadın sahibkarların dayanıqlı inkişaf istiqamətində əməkdaşlığı müzakirə olunub
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) nümayəndə heyəti Nur-Sultanda keçirilən ECOJER – “Green Life Better” illik beynəlxalq konqresində iştirak edib. Tədbir Qazaxıstan Respublikasının Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyi, TÜRKPA, BMT-nin Qazaxıstandakı İnkişaf Proqramı və BMT-nin Qadınlar Təşkilatının dəstəyi ilə təşkil olunub.
Konqresdə Türk dövlətləri parlamentlərinin nümayəndələri, diplomatik korpus, BMT və QHT-lər iştirak edib. AQSİA-nın sədri Səkinə Babayeva çıxışında qadın sahibkarların dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə bağlı rolu, gender bərabərliyinin iqtisadi inkişaf üçün əhəmiyyəti və qadınların resurslara çıxışındakı məhdudiyyətlər barədə məlumat verib.
Səfər çərçivəsində AQSİA və Qazaxıstanın “Dayanıqlı inkişaf və qadın sahibkarlığının dəstəyi fondu” arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum iki ölkənin qadın sahibkarları arasında birgə layihələrin icrasını və təcrübə mübadiləsini nəzərdə tutur.
Tədbirdə həmçinin AQSİA-nın İnnovasiyalar üzrə komitə rəhbəri Mədinə Paşayeva “Dayanıqlı inkişaf məqsədlərinin təşkilatlarda tətbiqi və rəqəmsal texnologiyaların rolu” mövzusunda panel çıxışı edib.


