“Qadın sahibkarların vergi ilə bağlı problemləri və həll yolları” Görüşü Keçirilib
November 28, 2025İctimai Şura Əmlak Məsələləri Dövlət Xidməti ilə Görüş Keçirdi
November 28, 2025AQSİA sədri Səkinə Babayeva kənd təsərrüfatı və yaşıl iqtisadiyyat mövzusunda çıxış edib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Aqrobiznes: yeni imkanlar və müasir çağırışlar” mövzusunda ictimai müzakirə keçirilib.
Tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva və bir sıra AQSİA nümayəndələri iştirak ediblər. Səkinə Babayeva çıxışında ailə-kəndli təsərrüfatlarının inkişafı, regionlarda qida saxlanclarının artırılması və yaşıl iqtisadiyyatın qorunmasında kənd yerlərində aparılacaq işlərin əhəmiyyətindən danışıb.
Müzakirədə aqrar sahədə fəaliyyət göstərən dövlət və özəl qurumların, biznes assosiasiyaların təmsilçiləri iştirak edərək sektorun inkişafına dair təkliflərini və qarşılaşdıqları çətinlikləri bölüşüblər. Aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarların suallarını cavablandırıb, fikir və təklifləri nəzərə alıblar.



