İstanbulda Türkdilli Ölkələrin İqtisadiyyat və Sənaye Konfransı işə başladı
November 28, 2025Səkinə Babayeva şəhid və qazi ailələri ilə görüşüb, onların sosial problemlərini müzakirə edib
November 28, 2025AQSİA-nın təşkil etdiyi tədbirdə şəhid ailələri, qazilər və sahibkar qadınlar iştirak edib; bir sıra qurum və sahibkarlara Milli KSM mükafatı təqdim olunub
Noyabrın 5-də Bakı Biznes Mərkəzində Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə Zəfər Gününün ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, ictimai xadimlər, sahibkar qadınlar, həmçinin şəhid anaları, şəhid xanımları və qazilər iştirak ediblər.
Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsi dövründə şəhid ailələri və qazilərə göstərdikləri dəstəyə görə bir sıra qurumlara – Kapital Bank, Bank of Baku, Bakcell, Bank Respublika, Unibank – eləcə də bir neçə sahibkar xanıma Milli KSM (Korporativ Sosial Məsuliyyəti) mükafatı təqdim olunub.
Tədbir zamanı sahibkar qadınların əl işlərindən ibarət sərgi də nümayiş etdirilib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.



