AQUPDK Ermənistanın hərbi təxribatlarına qarşı vətəndaşları birlik çağırışına səsləyib
November 22, 2025Qadın sahibkarlar əlil döyüşçülərin futbol komandası ilə görüş keçirib
November 22, 2025İxrac və investisiyaların təşviqi mövzusunda videokonfransda iqtisadi-ticarət əlaqələri müzakirə edilib
İyulun 16-da Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) birgə videokonfrans formatında iş adamları arasında işgüzar görüş keçirib.
Tədbirdə Azərbaycanın Türkiyədəki və Türkiyənin Azərbaycandakı səfirləri, dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak edib. Görüşdə ölkələrimizin biznes dairələri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin pandemiya dövründə sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işlər müzakirə olunub.
Videokonfransın “Sənaye” sessiyasında Bakı Tekstil Fabriki MMC-nin təsisçisi və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva moderator qismində çıxış edib. Səkinə Babayeva sessiyada iştirakçıların müzakirələrinə rəhbərlik etmiş, sənaye və istehsal sahəsində qarşılıqlı əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.



