AQSİA “Ümid” uşaq sığınacaq evini ziyarət edərək uşaqları sevindirib
November 22, 2025AQUPDK Ermənistanın hərbi təxribatlarına qarşı vətəndaşları birlik çağırışına səsləyib
November 22, 2025İdarə Heyəti və Nəzarət-təftiş komissiyasının üzvləri qarşıdakı fəaliyyət və layihələri müzakirə edib


İyulun 24-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İdarə Heyəti və Nəzarət-təftiş komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.
İclasda əvvəlcə Assosiasiyanın pandemiya dövründəki fəaliyyəti, həyata keçirilmiş layihələr və gələcək fəaliyyət istiqamətləri barədə hesabat təqdim olunub. Açılış nitqi ilə çıxış edən İdarə Heyətinin sədri Səkinə Babayeva Azərbaycanda qadın sahibkarlığının inkişafının sürətləndirilməsi üçün Assosiasiyanın gördüyü işlər və qarşıdakı hədəflər barədə fikirlərini iştirakçılara çatdırıb.
İclasda İdarə Heyəti və Nəzarət-təftiş komissiyasının üzvləri öz təklif və məsələlərini gündəmə gətirərək müzakirələr aparıblar. Eyni zamanda, 2020-ci ilin ikinci yarısı üçün büdcə formalaşdırılması, üzvlük haqları, gələcək fəaliyyət planı və Assosiasiyanın yeni ünvanda fəaliyyət göstərəcəyi məsələlər də diqqətə çatdırılıb.
Tədbirdə həmçinin üzvlərin təklif və layihələri yazılı təqdim etməsi, ölkədə və dünyada baş verən hadisələrə Assosiasiyanın mövqeyinin açıqlanması və xanım sahibkarların quruma cəlb olunması kimi vacib məsələlər müzakirə olunub.

