AQSİA növbəti xeyriyyə aksiyasını həyata keçirib
November 22, 2025AQSİA növbəti yardım aksiyasını həyata keçirib
November 22, 2025Binəqədi, Yasamal və Biləcəri rayonlarında onlarla aztəminatlı ailəyə yardım göstərilib


Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) xeyriyyə aksiyaları davam edir. Bu gün Binəqədi, Yasamal rayonları, həmçinin Biləcəri və Binə qəsəbələrində yaşayan onlarla aztəminatlı ailələrə yardım göstərilib.
Aksiyada AQSİA İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf” ictimai birliyinin sədri Zərifə Quliyeva tərəfindən dəstək göstərilib. Yardım aksiyasında AQSİA-nın sədri Səkinə Babayeva, həmtəsisçi Cəmilə Abdullayeva, İctimaiyyətlə və KİV-lə əlaqələr Komissiyasının rəhbəri Mətanət Ağamirli, Sosial məsələlər komissiyasının rəhbəri Gülnarə Xəlilova və digər üzvlər iştirak ediblər.
AQSİA nümayəndələri ailələrlə görüşdə yalnız yardımlar təqdim etməyib, eyni zamanda onlara mövcud karantin rejimi barədə məlumat verərək, dövlətin və Prezident İlham Əliyevin vətəndaşların yanında olduğunu çatdırıblar.

