KOBİA tərəfindən “İşgüzar Qadınlar Liqası” tədbiri keçirilib
November 22, 2025AQSİA növbəti xeyriyyə aksiyasını həyata keçirib
November 22, 2025Maska satışından əldə edilən vəsaitlə aztəminatlı ailələrə ərzaq yardımı göstərilib


Aprelin 25-də Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) növbəti xeyriyyə aksiyasını həyata keçirib. Tədbir çərçivəsində onlarla aztəminatlı ailəyə ərzaq yardımları çatdırılıb.
Aksiyanın təşəbbüskarı və təşkilatçısı AQSİA-nın Sosial məsələlər komissiyasının rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilova olub. Aksiyanın maliyyələşdirilməsi üçün onun təşəbbüsü ilə istehsal olunan maskaların satışından əldə edilən vəsaitdən istifadə olunub.
Karantin rejimi dövründə dövlətin aztəminatlı və yaşlı vətəndaşlara göstərdiyi diqqət və qayğıya dəstək olaraq, AQSİA ailəsi ehtiyaclılara maddi və mənəvi yardım göstərən tədbirlərini davam etdirir.

