Sənətçi xanımlar AQSİA ilə görüşdü
November 21, 2025“Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və gələcək perspektivlər” mövzusunda Konfrans keçirilib
November 21, 2025Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Hazar İndstry, Almaniyanın MKN şirkəti və Enactus Azərbaycanın təşkilatçılığı ilə Turizm və Sosial Xidmətlər üzrə BDPT Mərkəzində “Peşə təhsilinin inkişafına biznes dəstəyi” adlı tədbir baş tutub.
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və İşəgötürənlərlə Əməkdaşlıq Şöbəsinin müdiri Zamin Bədirxanov, MKN şirkətinin regional vitse-prezidenti Edmond Finkenauer, Hazar İndustry Azərbaycan şirkətinin direktoru Samir Qurbanov, Enactus Azərbaycan sədri Kəmalə Məmmədli, AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, Azərbaycan Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov və bir sıra yerli və beynəlxalq qonaqlar iştirak ediblər.
Tədbirin məqsədi peşə təhsilində innovasiyaların tətbiqi, gənclərə müasir iş şəraitinin yaradılması və aşpaz peşəsi üzrə tədrisin təkmilləşdirilməsidir. Tədbir çərçivəsində MKN şirkətinin Peşəkar sənaye avadanlığı BDPT Mərkəzinə təqdim olunması üçün Memorandum imzalanmışdır.
Rəsmi hissədən sonra MKN şirkətinin brend şefi Pavel Dzyublo master-klass keçmiş və 5, 12 və 18 nömrəli peşə liseyləri arasında milli yeməklərin hazırlanması üzrə müsabiqə təşkil olunmuşdur. Beynəlxalq mükafatlarla təltif olunmuş azərbaycanlı aşpazlar münsiflər heyətində iştirak etmiş və tələbələrin hazırladığı təamları qiymətləndirmişlər.
Nəticələr:
- I yer – Turizm və Sosial Xidmətlər üzrə BDPT Mərkəz, 5 nömrəli BPL komandası
- II yer – 12 nömrəli BPL komandası
- III yer – 5 nömrəli BPL-nin digər komandası
Qaliblər kubok və sertifikatlarla təltif olunmuşdur.



