Tovuzda gənc sahibkar qadınlar üçün Kiçik sahibkarlıq simulyasiya təlimləri keçirilmişdir
November 21, 2025Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətlərinin artırılması layihəsi çərçivəsində seminar keçirilib
November 21, 2025Səkinə Babayeva və AQSİA nümayəndələri cəbhəyanı bölgədə xidmət edən əsgərlərlə görüşüb


7 avqust 2019-cu il tarixində Xocavənd Rayon İcra Hakimiyyəti, “Güclü Azərbaycan Naminə” İctimai Birliyi və “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi, eləcə də Sumqayıt, Füzuli, Beyləqan, Ağcabədi və Xocavənd Veteranlar Cəmiyyətlərinin sədr və müavinlərinin iştirakı ilə cəbhəyanı bölgədə xidmət edən hərbi qulluqçularla görüş keçirilib.
Tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi sədrinin, həmçinin korporativ sosial məsuliyyət çərçivəsində “166 Global Logistics” MMC, “Turan” restoran, “Yüktaksisi.az” MMC, “ST Fresh” MMC və “SIT” MMC-nin nümayəndələri iştirak ediblər.
Görüş zamanı hərbi vətənpərvərlik mövzusunda geniş müzakirələr aparılıb, postlarda xidmət edən əsgərlərin mənəvi, sosial və məişət vəziyyətləri yüksək qiymətləndirilib. İştirakçılar vurğulayıblar ki, Qüdrətli Azərbaycan Ordusu tam hazırlıqlı və işğal olunmuş torpaqlarımızın azad olunmasına qadirdir.
Həmçinin, qeyd olunub ki, cəbhəyanı bölgələrdə keçirilən bu cür səfərlər xalq və ordu arasında əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərir. Korporativ sosial məsuliyyət çərçivəsində ordunun yanında olmaq həm əsgərlərin, həm də xalqın ruh yüksəkliyini artırır və torpaqlarımızın işğaldan azad olunması üçün xalqın iradəsini nümayiş etdirir.

