KOBİA biznes assosiasiyaları ilə görüş keçirib
November 21, 2025Xocavənddə hərbi qulluqçularla görüş: Qadın sahibkarlar və ictimai birliklər orduya dəstək göstərdi
November 21, 2025AQSİA və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti qadın sahibkarların peşəkar bacarıqlarını gücləndirir
Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi ilə birgə həyata keçirilən “Qadınların İqtisadi və Sosial həyatda iştirakının təşviqi və peşəkar şəbəkələnməsi” layihəsi çərçivəsində Tovuz rayonunda gənc sahibkar qadınlar üçün Kiçik sahibkarlıq simulyasiya təlimləri təşkil olunub.
Təlimlər 26-30 avqust tarixlərində Tovuz rayonunda yerləşən Şam Bağı Mərkəzində keçirilib. Təlimdə 25 qadın iştirak edib və aktiv şəkildə öz bacarıqlarını nümayiş etdirib, sahibkarlıq proseslərinin simulyasiyası vasitəsilə biliklərini artırıblar.
Layihə çərçivəsində AQSİA-nın Regionlarla İşin Təşkili Komisiyasının rəhbəri Kəmalə Məmmədli də təlimdə iştirak edib və qadınların sahibkarlıq sahəsində bacarıqlarının inkişafına dəstək göstərib.



