Dubay Ticarət və Sənaye Palatasının “2018 Şəbəkə Görüşü” Bakıda keçirilib
November 12, 2025Səkinə Babayeva Varşavada Azərbaycan Ticarət Evinin açılışında iştirak edib
November 12, 2025“AQSİA” dəstəyi ilə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən təşkil olunan tədbir uşaqlara sevinc və ümid bəxş edib
Bakıda “Uşaqları güldürək ki, dünya gülsün” adlı xeyriyyə aksiyası keçirilib. Tədbir Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) dəstəyi ilə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən təşkil olunub və fiziki imkanları məhdud uşaq və yeniyetmələrə həsr olunub.
Aksiyanın açılışında “Yeni Həyat” İctimai Birliyinin sədri Nailə İsmayılova bildirib ki, yardım və dəstəyə ehtiyacı olan insanlar hər gün diqqət və qayğıya layiqdir. O vurğulayıb ki, bu aksiyanın məqsədi hər bir uşağı diqqət və qayğı ilə əhatə etməkdir.
Azərbaycan Milli Geyim Mərkəzinin və AQSİA-nın “Sosial iş” komissiyasının rəhbəri Gülnarə Xəlilova AQSİA sədri Səkinə Babayevanın adından tədbir iştirakçılarını salamlayaraq, belə təşəbbüslərin həm fiziki məhdudiyyətləri olan, həm də sağlam uşaqları birləşdirdiyini qeyd edib. O bildirib ki, bu cür tədbirlər uşaqlara sevinc və ümid bəxş edir, eyni zamanda cəmiyyətin diqqətini sosial məsələlərə yönəldir.
Milli Məclisin deputatı Adil Əliyev də aksiyanı yüksək qiymətləndirərək, dövlətin fiziki imkanları məhdud şəxslərə və onların cəmiyyətə inteqrasiyasına göstərdiyi diqqət və qayğını vurğulayıb.
Tədbirdə iştirak edən uşaqlar öz əl işlərini sərgiləyib, musiqi və müxtəlif kompozisiyalarla çıxış ediblər. Qonaqlar üçün əyləncə proqramı təşkil olunub və tədbir iştirakçılarına xoş ovqat bəxş edilib.



