Xaçmazda bağçılığın inkişafına həsr olunmuş regional sərgi keçirilib
November 12, 2025Peşə Təhsili Tələbələri Sumqayıt Texnologiyalar Parkında Info-Turda İştirak Ediblər
November 12, 2025USAID və Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi ilə sosial-iqtisadi icma inkişafı təcrübələri paylaşılıb
Elektrik təchizatının yaxşılaşdırılması, yolların abadlaşdırılması, tibb məntəqələrinin inşası və suvarma imkanlarının yaradılması kimi icma inkişafı layihələri Dördüncü İllik İcma İnkişafı üzrə Konfransda müzakirə olunub. Tədbirdə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorının Avropa və Avrasiya üzrə müavini Brok Birman və Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov 24 rayonun 150-yə yaxın icmasını təmsil edən icma liderləri ilə görüşüblər.
Konfrans iştirakçıları sosial-iqtisadi icma inkişafı layihələrinin icrasında əldə olunan uğurlar, qarşılaşılan çətinliklər və ən yaxşı təcrübələri paylaşmış, həmçinin regionlarda icma inkişafı sahəsində yeni imkanlar və fəaliyyətlər barədə məlumat mübadiləsi aparmışlar.
İki günlük konfrans USAID və Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Azərbaycanda Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən təşkil olunub.
Qeyd edək ki, tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva iştirak edərək assosiasiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.



