DOST Agentliyinin konsepsiyası və “e-sosial” portal təqdim olunub
November 12, 2025Xaçmazda bağçılığın inkişafına həsr olunmuş regional sərgi keçirilib
November 12, 2025Tədbirdə YAP-ın qurucuları yad edilib, partiyanın uğurları qeyd olunub
Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında partiyanın yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək YAP-ın qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov partiyanın yaranma tarixi, keçdiyi şərəfli yol və qazandığı möhtəşəm nailiyyətlər barədə danışıb. O, YAP-ın Azərbaycanın tarixi üçün önəmli rol oynadığını və müasir dünyada ən uğurlu siyasi təşkilatlardan biri olduğunu qeyd edib.
Qeyd edək ki, tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri və Binəqədi rayonu üzrə YAP Şura üzvü Səkinə Babayeva da iştirak edib.



