Bakıda “Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” mövzusunda beynəlxalq simpozium keçirilib
November 12, 2025Şəmkirdə qadın sahibkarlar üçün təlimlər keçirilib
November 12, 2025Azərbaycan məhsulları “Made in Azerbaijan” stendi ilə Avropa bazarına təqdim olunur
Oktyabrın 21-də Fransanın paytaxtı Parisdə Avropanın ən iri ərzaq sərgilərindən biri olan “Sial Paris” sərgisi açılıb. Tədbir İqtisadiyyat Nazirliyinin və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilir.
Sərgidə qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, meyvə şirələri, mineral sular, konserv məhsulları, fındıq və qurudulmuş meyvə, çay və digər məhsullar istehsal edən 23 Azərbaycan şirkəti “Made in Azerbaijan” vahid ölkə stendində iştirak edir.
Tədbirdə Naigin K “Tovuz Baltiya”-nın icraçı direktoru və Azərbaycanda Qadın Sahibkarlığının İnkişaf Assosiasiyasının Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Günel Məmmədhəsənova da iştirak edib.
Sərginin açılış mərasimində Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev çıxış edərək qeyri-neft ixracının artırılması istiqamətində görülən tədbirlər və sərginin Azərbaycan məhsullarının tanıdılması baxımından əhəmiyyəti barədə məlumat veriblər.
Qeyd edək ki, sərgi çərçivəsində sahibkarlarımız xarici həmkarları ilə görüşlər keçirəcək və ixrac imkanlarını müzakirə edəcəklər. “Sial Paris” sərgisi 25 oktyabr tarixinədək davam edəcək.



