AQSİA-nın üzvü Cəmilə Abdullayeva “Dövlət və Özəl Sektorun Dialoqu” tədbirində iştirak edib
November 12, 2025“Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı” Forumu uğurla baş tutub
November 12, 2025Assosiasiya fəaliyyəti barədə məlumat təqdim olunub
Oktyabrın 25-də Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusunda Bakı Forumu işə başlayıb. Forum Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirdə Avropa və MDB ölkələrinin yüksək vəzifəli nümayəndələri, ombudsmanlar, BMT-nin və beynəlxalq maliyyə institutlarının nümayəndələri, eləcə də vətəndaş cəmiyyəti və özəl sektor iştirak edir.
Forumda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (#AQSİA) sədri Səkinə Babayeva və İcraçı direktor Təranə Məmmədova da iştirak edib. Tədbirin əvvəlində Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına dair video-çarx nümayiş olunub.
Baş nazirin müavini və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov çıxış edərək Bakıda VI Humanitar Bakı Forumunun keçirildiyini və bu tədbirlərin Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə göstərdiyi diqqətin göstəricisi olduğunu vurğulayıb. O, ölkəmizdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyətini və DİM-lərin həyata keçirilməsində görülən işləri iştirakçılarla bölüşüb.
Forum çərçivəsində AQSİA-nın fəaliyyəti barədə stend nümayiş olunub. Səkinə Babayeva Forum iştirakçılarına Assosiasiyanın layihələri, təşəbbüsləri və qadın sahibkarlığının inkişafı istiqamətində gördüyü işlər haqqında geniş məlumat təqdim edib.



