AQSİA İtaliya Sənaye və Ticarət Palatası ilə tanışlıq görüşü keçirib
November 12, 2025AQSİA Dubay Ticarət və Sənayə Palatası ilə görüşüb
November 12, 2025Görüşdə sahibkar qadınların fəaliyyətinə dəstək və inkişaf perspektivləri müzakirə olunub
Azərbaycanda Qadın Sahibkarlarının İnkişafı Assosiasiyası (AQSİA) rəhbərliyi və üzv təşkilatların təmsilçiləri AzPromonun İxracatçılar Klubunun dəvəti ilə Bakı Biznes Mərkəzində görüş keçiriblər.
Görüşü açan Azərbaycan İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov xanımları salamlayaraq tədbirin mahiyyəti barədə məlumat verib. O, həmçinin sahibkar qadınların fəaliyyətinə dəstək olmaq, üzləşdikləri çətinlikləri aradan qaldırmaq və təkliflərini dinləmək məqsədilə belə görüşlərin davamlı keçiriləcəyini qeyd edib.
Daha sonra AQSİA-nın sədri Səkinə Babayeva mövcud sahədə inkişaf templəri, həyata keçirilən fəaliyyətlər və perspektivlər barədə geniş məlumat verib. Görüş sahibkar qadınların təkliflərinin səsləndirilməsi və müzakirə formatında davam edib.



