Quba-Xaçmaz regionunda qadın sahibkarlığının inkişafı layihəsi davam edir
November 12, 2025GIZ və AQSİA əməkdaşlığı ilə qadınlar üçün biznes təlimləri keçirilir
November 12, 2025Forum çərçivəsində “Qadın sahibkarlığının inkişafında ikitərəfli əməkdaşlığın perspektivləri” mövzusunda tədbir keçirilib



Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin iştirak ediblər.
Forum çərçivəsində “Qadın sahibkarlığının inkişafında ikitərəfli əməkdaşlığın perspektivləri” mövzusunda tədbir təşkil olunub. Tədbir Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Moderatorlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Rusiya-Ərəb Biznes Şurasının direktoru, “Biznes Qadınları” Ümumrusiya İctimai Təşkilatının sədri Gvilava Tatyana Aleksandrovna olublar.
Çıxış edənlər arasında Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, “Azərbaycanın 100 İşgüzar Qadınlar Klubu”nun sədri Tatyana Mikayılova, modelyer Fəxriyyə Xələfova, “Sağlam Həyat Naminə” İctimai Birliyinin sədri Sədaqət Hüseynova və BMT-nin “Qadınların sosial və iqtisadi həyatının inkişafına dəstək” layihəsinin rəhbəri Gülarə Hümbətova yer alıblar. Çıxışlarda Azərbaycanda qadın sahibkarlığına dövlət qayğısının əhəmiyyəti vurğulanıb, ölkədə sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradıldığı, qadınların sahibkarlığa fəal cəlb edildiyi bildirilib.
Rusiyalı çıxışçılar — Stavropol diyarının iqtisadi inkişaf naziri Sizov Valeriy Nikolaeviç, Novqorod vilayətinin qubernatorunun birinci müavini Minina Veronika Vitalievna, SME Korporasiyası ASC-nin baş direktorun müavini Larionova Natalia İqorevna və dizayner Ulyana Sergeyenko Viktorovna — Rusiyada sahibkarlığın inkişafı və qadınların müxtəlif sahələrdə fəal iştirakı barədə məlumat veriblər.
Tədbir çərçivəsində qadın sahibkarlığının inkişafı istiqamətində təklif və tövsiyələr səsləndirilib, iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

