Biləsuvar və Masallıda sahibkar qadınlar üçün AQSİA təlimləri keçirilib
November 11, 2025AQSİA ofisində USAID ilə əməkdaşlıq və yeni komissiyaların iş prinsipləri müzakirə edilib
November 11, 2025AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva layihələrin icrası və gələcək planlar barədə danışıb
24 yanvar 2023-cü il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı təşkil edib. Tədbirdə AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş şöbəsinin əməkdaşı Rahu Şirinova, Agentliyin icraçı direktoru Aygün Əliyeva, Qarabağ Dirçəliş Fondunun nümayəndələri, layihə rəhbərləri, media və bloger nümayəndələri iştirak edib.
Konfrans şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Aygün Əliyeva bildirib ki, qrant müsabiqəsinə 227 QHT layihə təqdim olunub, onlardan 22 layihə maliyyələşdirilmək üçün seçilib. Qalib layihələrin əsas istiqamətləri Şuşanın tədqiqi, beynəlxalq tədbirlərin və düşərgələrin təşkili, elmi konfranslar və təbliğat işləridir.
AQSİA sədri Səkinə Babayeva “Qarabağ İncilərinin Avropa Sədası” layihəsinin Fransada keçirilməsinin çətin, lakin qürurverici olduğunu vurğulayıb. O, layihənin gələcəkdə Zəfər Günündə Şuşada reallaşdırılacağını və dövlət və özəl sektor nümayəndələrini tərəfdaşlığa dəvət etdiklərini qeyd edib.
Tədbir şəhid övladlarının ifasında “Qəhrəman övladıyıq” kompozisiyası ilə yekunlaşıb.



