“Biznesdə Qadınların Gücü” Layihəsi Bakı KOB Evində təqdim olunub
November 11, 2025Biləsuvar və Masallıda sahibkar qadınlar üçün AQSİA təlimləri keçirilib
November 11, 2025Sahibkarlar üçün vahid xidmət mərkəzi və dəstək imkanları təqdim olunub
KOBİA yanında İctimai Şuranın üzvləri **“Bakı KOB evi”**ndə olub və mərkəzin fəaliyyəti ilə tanış olublar. İctimai Şurada 15 vətəndaş cəmiyyəti institutu və biznes assosiasiyası təmsil olunur.
Tanışlıq zamanı üzvlərə bildirilib ki, KOB evi sahibkarlara 250-dən çox xidmət təqdim edir və burada 50-yə yaxın dövlət və özəl qurum fəaliyyət göstərir. Mərkəzdə G2B və B2B xidmətləri, Startap İnkişaf Mərkəzi, mediasiya məkanı və təlim otaqları mövcuddur. Bu xidmətlərin vahid məkanda toplanması sahibkarların vaxtına və xərclərinə qənaət etməyə imkan verir.
İctimai Şura üzvləri Bakı KOB evi barədə məlumatı öz assosiasiya üzvləri ilə paylaşacaqlarını və mərkəzin xidmətlərindən fəal istifadə edəcəklərini qeyd ediblər.
Daha sonra üzvlər üçün KOBİA-nın yerlərdə sahibkarlara dəstək və xidmət göstərən KOB dostu şəbəkəsinin fəaliyyəti və 2022-ci il üzrə görülən işlər barədə təqdimat keçirilib.



