AQSİA nümayəndə heyəti və Milli Məclis üzvləri Türkiyə səfirliyini ziyarət ediblər
November 11, 2025“Biznesdə qadınların gücü” layihəsi çərçivəsində növbəti təlim və mentorluq görüşü keçirilib
November 11, 2025AQSİA-nın təşkilatçılığı ilə keçirilən forumda qadın sahibkarlığın inkişafı, sosial təşəbbüslərin dəstəklənməsi və beynəlxalq əməkdaşlıq mövzuları müzakirə olunub
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) beynəlxalq tərəfdaşları MediaOst və WEIA ilə birlikdə Bakıda Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu təşkil edib. Forumda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirin rəsmi hissəsində MediaOst və AQSİA, eləcə də WEIA və AQSİA arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb. Ümumilikdə forumda 200-dən çox iştirakçı — qadın sahibkarlar, dövlət qurumlarının nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Forumun ikinci hissəsində müxtəlif mövzularda master klasslar, panel müzakirələri, şəbəkələşmə sessiyaları və dövlət dəstək proqramlarının təqdimatları keçirilib. Tədbir çərçivəsində qadın sahibkarların sosial biznes təşəbbüslərinin gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının artırılması əsas müzakirə mövzularından biri olub.
Layihə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən “Şərq Tərəfdaşlığı və Rusiya Proqramı” çərçivəsində dəstəklənib. Forumun növbəti günündə isə sosial sahibkarlıq layihələrinin dayanıqlılığını təmin etmək məqsədilə konsultant yarmarkası təşkil olunacaq.



