AQSİA İH sədri Səkinə Babayeva Milli Məclis üzvləri ilə görüşdə iştirak edib
November 11, 2025AQSİA İH sədri Səkinə Babayeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva ilə görüşüb
November 11, 2025Tədbirdə qadın sahibkarlar arasında həmrəylik, yardımlaşma və şəbəkələşmənin gücləndirilməsi müzakirə olunub
AQSİA-nın təşkilatçılığı ilə müxtəlif sahələrdə fəaliyyət göstərən qadın sahibkarların iştirakı ilə “İqtisadiyyatda Həmrəy Qadınlar” adlı növbəti korporativ səhər yeməyi keçirilib.
Tədbiri giriş sözü ilə açan AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva Türkiyədə baş verən faciə ilə bağlı bir dəqiqəlik sükut elan edib və həlak olanlara başsağlığı verib. O, həmçinin AQSİA tərəfindən yaradılan Yardım Fondu haqqında məlumat verərək, bu təşəbbüsün həmrəyliyin bariz nümunəsi olduğunu qeyd edib.
Forumun xüsusi qonağı, Milli Məclisin deputatı Könül Nurullayeva qadın sahibkarların yardım təşəbbüsünü yüksək qiymətləndirib və onların iqtisadiyyatda rolunun əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində iştirakçılar öz biznes fəaliyyətləri barədə məlumat verərək qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüş qadın sahibkarların şəbəkələşməsinə və birgə layihələrin təşviqinə mühüm töhfə verib.
Sonda sahibkar qadınlar tərəfindən Türkiyədəki zərərçəkənlərə dəstək məqsədilə yaradılan Yardım Fonduna ianələr edilib.



