AQSİA şəhid xanımları və sahibkarları iftar süfrəsində bir araya gətirdi
November 10, 2025AQSİA İH sədri Səkinə Babayeva İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın görüşündə iştirak edib
November 10, 2025Layihə Azərbaycanda və Ukraynada gənclərin sahibkarlıq bacarıqlarının inkişafına dəstək verir
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatorluğu ilə həyata keçirilən “Azərbaycan ali təhsilində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) Erasmus+ layihəsinin tərəfdaşı olub. Layihənin koordinatoru İtaliyanın Floggia Universiteti (UNIFG), tərəfdaşları isə MDU, Latviyadan RISEBA Tətbiqi Elmlər Universiteti, Ukraynadan Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti (KNUTD), Sosial və İqtisadi Təşəbbüslər İnstitutu (ISEI) və Kiyev Təhsil, Təlim və Gənclər Mərkəzidir (KETYC). Layihənin məqsədi virtual mübadilə texnologiyaları vasitəsilə biznes biliklərini Avropa İttifaqından Azərbaycan və Ukrayna gənclərinə ötürmək və onların sahibkarlıq bacarıqlarını inkişaf etdirməkdir.



