Bakıda Mərkəzi Asiya Regional Qadın İqtisadi Gücləndirilməsi İşçi Qrupu çərçivəsində Regional Qadın Biznes Gündəliyi görüşü başladı
November 10, 2025AQSİA beynəlxalq Erasmus+ layihəsinin tərəfdaşı oldu
November 10, 2025Tədbirdə şəhid ailələrinə dəstək və qadın sahibkarların şəbəkələşməsi vurğulandı
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə şəhid xanımları və sahibkarlar üçün iftar süfrəsi təşkil olunub. Tədbirdə 44 günlük müharibədə şəhid olan qəhrəmanlarımızın xanımları da iştirak edib və açılış mərasimində onların ruhu bir dəqiqəlik sükutla yad olunub. AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva çıxışında bildirib ki, şəhid ailələri bizə əmanətdir və onların şəxsi inkişafı, iqtisadi gücləndirilməsi üçün dəstək göstəriləcək. İftar süfrəsi Qranit QP və Dayaq Patronaj xidmətlərinin dəstəyi ilə təşkil olunub, tərəfdaşlar Oba Marketlər, Ləzzət Kulinariya, Coca-Cola, Avesta və BSC consulting xüsusi təşəkkürə layiq görülüb.



