AQSİA və Pakistan İş Xanımları arasında işgüzar görüş
November 10, 2025AQSİA üzvləri Rusiyada “Gələcəyin Kooperasiyaları” forumunda iştirak edib
November 10, 2025Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadiyyat və ticarət nazirləri ilə görüşlər həyata keçirilib


Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) heyəti Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin İqtisadiyyat və Ticarət nazirlərinin görüşü və Türk Dünyası Biznes Forumunda iştirak edib. Tədbirə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Ticarət və Sənaye Palataları Birliyinin üzvləri, Türk Dünyasının iş adamları, AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva və bir qrup sahibkar qadın qatılıb.
Qeyd olunub ki, AQSİA əməkdaşlıq etdiyi Azərbaycan Sahibkarlar Konfederasiyası ilə 14 ildən çoxdur ki, türkdilli dövlətlərin sahibkarları arasında birgə əməkdaşlığın inkişafında əvəzsiz rol oynayır. 2021-ci ildən AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva Türkdilli dövlətlərin qadın sahibkarlarını bir araya gətirmək məqsədilə Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının Qadın Sahibkarlar Komitəsinin rəhbəri seçilib və hal-hazırda bu vəzifəyə rəhbərlik edir.
Görüşlər çərçivəsində Səkinə Babayeva bir sıra türkdilli dövlətlərin biznes nümayəndələri ilə B2B görüşlər keçirib və qadın sahibkarların birgə inkişafı üçün fikir mübadiləsi aparıb. Tədbir həm yerli, həm də beynəlxalq səviyyədə qadın sahibkarlığın inkişafına dəstək məqsədi daşıyır.

