“Azərbaycan Sağlamlıq Günləri 1: Artroplastika” konfransı keçirildi
November 10, 2025AQSİA heyəti İstanbulda Türk Dünyası Biznes Forumunda iştirak edib
November 10, 2025Emirgan Sütiş restoranında tərəfdaşlıq və əməkdaşlıq imkanları müzakirə olunub


Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ilə Pakistan iş xanımları arasında əməkdaşlığı gücləndirmək məqsədilə Emirgan Sütiş restoranında görüş keçirilib. Tədbirdə AQSİA idarə heyətinin sədri və müxtəlif sahələrdə fəaliyyət göstərən işgüzar xanımlar – Venera Mütəllimova, Aybəniz Hacıyeva, Aynur Rustəmli, Günay Kazımova və Rəna Qəfərova iştirak ediblər.
Görüşdə həmçinin Pakistanın Sarwar Fondunun rəhbəri Pərvin Sərvər, Müsərrət Qəyyum, Lahore Universitetinin direktoru Fərzanə Rauf və Azərbaycanın Pakistandakı diaspora üzvləri iştirak etmiş, iştirakçılar öz iş fəaliyyətlərini təqdim etmiş və gələcəkdə bərabər həyata keçirilə biləcək layihələr haqqında ətraflı müzakirələr aparmışlar.
Tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə Rəmzioğlu paxlavası hədiyyə olunmuş, Azərbaycan-Pakistan əməkdaşlığına töhfə verilmişdir.

