Qazaxstanda “Qadın Sahibkarlığı Beynəlxalq Konqresi” keçirildi
November 10, 2025AQSİA və Pakistan İş Xanımları arasında işgüzar görüş
November 10, 2025Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə yerli və türkiyəli həkimlər iştirak edib


16-17 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Qadın Sahibkarlığının İnkişaf Assosiasiyası (AQSİA) və Türk İşadamları və İqtisadçılar Birliyinin (TUİB) təşkilatçılığı, Badam Klinika və MedJoint MMC-nin baş sponsorluğu ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Sağlamlıq Günləri 1: Artroplastika” konfransı keçirilib.
Tədbirdə əslən azərbaycanlı olan professor Doktor Məhmət Sərdar Binnət və Türkiyədən bir çox tanınmış həkim iştirak etmişdir. Konfransın birinci günündə bud, çanaq və diz oynaqları ilə bağlı masterklasslar və panel müzakirələri təşkil olunmuşdur.
Konfrans AQSİA üzvü, MedJoint-in icraçı direktoru Cansu Dalkıranoğlunun təşəbbüsü ilə baş tutmuş, AQSİA idarə heyətinin üzvü Vəsilə Abdulova çıxış edərək qadın həmrəyliyinin əhəmiyyətini vurğulamışdır. AQSİA üzvləri tədbir çərçivəsində öz xidmətlərini təqdim edən stendlər açaraq iştirak etmişlər.

