AQSİA qadın sahibkarlar üçün korporativ şəbəkələşmə yeməyi təşkil edib
November 10, 2025AQSİA Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini və xanımını şam ziyafəti ilə qarşıladı
November 10, 2025PAŞA Holding-in dəstəyi ilə keçirilən festivalda 80 sahibkar qadın bizneslərini geniş auditoriyaya təqdim edib
PAŞA Holding-in dəstəyi və Gender Hub Azerbaijan-ın təşkilatçılığı ilə 3 aylıq “Woman Bazaar – Dayanıqlı İnkişaf Festivalı” 14-15 oktyabr tarixlərində baş tutub. Açılış mərasimində Gender Hub Azerbaijan, KOBİA, Böyük Britaniyanın Azərbaycandakı səfiri, BMT-nin rezident əlaqələndiricisi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nümayəndələri və AQSİA sədrinin nitqləri dinlənilib.
AQSİA-nın sədri Səkinə Babayeva çıxışında qeyd edib ki, assosiasiya 5 il ərzində sərgi və satış yarmarkalarını davamlı olaraq təşkil edib və bu il festival çərçivəsində sahibkar qadınlara dəstək layihəsində iştirak edib. Festival boyu 80 sahibkar qadına bizneslərini inkişaf etdirmək, brendlərini təkmilləşdirmək və 2 gün ərzində 2000 nəfərlik alıcı kütləsinə təqdim etmək imkanı yaradılıb. Tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.




