AQSİA İH sədri Səkinə Babayeva “Tikinti sektorunun inkişafında qadınların rolu” mövzusunda konfransda çıxış edib
November 10, 2025AQSİA nümayəndəsi Günay Həsənli Polşada keçirilən Erasmus+ “ENGAGE” layihəsi təlimlərində iştirak edib
November 10, 2025Dövlət Turizm Agentliyinin qrant dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində turizm sahəsində qadın sahibkarlığının inkişafı, kadr potensialı və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.


Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, Dövlət Turizm Agentliyi tərəfindən “Turizm sahəsində layihələrin maliyyələşdirilməsi üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində təqdim etdiyi layihə ilə qalib gəlib. Bu layihə çərçivəsində AQSİA KOBiA, Dövlət Peşə Məktəbi agentliyi, Dövlət Turizm agentliyi və turizm şirkətlərinin birgə toplandığı sinerji masasında gələcək perspektivlər, var olan potensiallar, qarşılaşdığımız kadr çatışmamazlığı, dövlətin sahibkarlar üçün yaratdığı imkanlar müzakirə olunaraq, benefisiarların sualları cavablandırılıb. Layihə müddətində benefisiarlarımız olan tur şirkətlərinə və fərdi turizmlə məşğul olanlara sertifikat verilib. Layihə boyu bizimlə olan tur şirkətlərinə öz dərin minnətdarlığımızı bildiririk. Turizm sahəsində qadın sahibkarılığının inkişafı üçün Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası olaraq töhvə verməkdən qürur duyuruq.

