AQSİA İH sədri Səkinə Babayeva “Türk iş adamları birlikləri ilə əməkdaşlıq” mövzusunda ictimai dinləmədə çıxış edib
November 10, 2025AQSİA İH sədri Səkinə Babayeva “Tikinti sektorunun inkişafında qadınların rolu” mövzusunda konfransda çıxış edib
November 10, 2025İclas çərçivəsində Azərbaycan nümayəndə heyəti Qətər Ticarət və Sənaye Palatasının rəhbərliyi ilə görüşərək iqtisadi əlaqələrin və biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində müzakirələr aparıb.



Dekabrın 16-da Qətərdə İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilib. İclasda Direktorlar Şurasının üzvü, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin tərkibində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədr, ASK Rəyasət Heyətinin üzvü Səkinə Babayeva təmsil olunub.
Tədbir çərçivəsində Konfederasiya rəhbəri Qətərin Ticarət və Sənaye Palatasının sədri Xalifa Bin Jassim Bin Mohammed Al Tani ilə görüşüb. Görüşdə ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi, bizneslər arasında əməkdaşlıqların qurulması, işgüzar səfərlərin təşkil olunması, ticarət imkanlarının genişləndirilməsi və s. məsələlər müzakirə olunub.

