“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində ekoloji və insan hüquqları mövzusunda konfrans keçirilib
November 8, 2025Qəhrəmanmaraşlı iş adamları Azərbaycanda B2B görüşlərdə iştirak edi
November 8, 2025AQSİA sədri sahibkarlarla dövlət-özəl tərəfdaşlığı çərçivəsində biznes mühitini möhkəmləndirməyə dair fikir mübadiləsi aparıb


AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) rəhbər heyəti və üzvləri ilə görüşə qatılıb. Görüşdə bu ilin 1 iyul tarixindən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin tətbiqi və onun biznes mühitinə təsirləri barədə müzakirələr aparılıb. Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli dövlət-özəl tərəfdaşlığı çərçivəsində biznes subyektləri ilə genişlənən əlaqələrin sosial-iqtisadi artıma töhfə verdiyini vurğulayıb. Bildirilib ki, özündə inhisarçılıq və haqsız rəqabət halları ilə mübarizənin hüquqi əsaslarını ehtiva edən Rəqabət Məcəlləsi sahibkarlığın inkişafını stimullaşdıracaq. Bundan əlavə, “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Proqramı”nın da kiçik və orta biznes subyektlərinin bazara sərbəst girişinə maneə yaradan amillərin aradan qaldırılmasına xidmət edəcəyi vurğulanıb.

