AQSİA Azərbaycan-Xorvatiya biznes forumunda iştirak edib
November 8, 2025AQSİA və Sakarya İş Qadınları Dərnəyi əməkdaşlıq görüşü keçirib
November 8, 2025Forum çərçivəsində B2B və B2G görüşlər, dəyirmi masalar və plenar iclas təşkil olunub
Fevralın 28-də AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva və AQSİA üzvləri Rusiyanın Stavropol diyarının Mineralnıe Vodı şəhərində 12-ci Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və mətbuat işçiləri iştirak ediblər.
Forum işini KOB sahəsində əməkdaşlığa həsr olunmuş B2B və B2G formatlarında görüşlər və müxtəlif istiqamətlər (“Sənaye sektorunda gələcəyin texnologiyaları”; “Rusiya-Azərbaycan ekoloji dialoqu: standartlar, prioritetlər, perspektivlər”; “Sənaye kooperasiyası: aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq”; “Rusiya Federasiyasının Şimali Qafqaz Federal Dairəsinin və Azərbaycan Respublikasının ixracatçılarının xarici ticarət əməliyyatlarının müasir xüsusiyyətləri”) üzrə dəyirmi masalarda təşkil olunmuş müzakirələrlə başlayıb.
Forumun yekununda keçirilən plenar iclasda Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin forum iştirakçılarına müraciətləri oxunub.


