AQSİA üzvləri Rəqabət Məcəlləsinin tətbiqi üzrə maarifləndirici seminarda iştirak ediblər
November 8, 2025Səkinə Babayeva Brüsseldə EU4BCC çərçivəsində biznes səfərində iştirak edib
November 8, 2025Görüşdə təhsil sahəsində fəaliyyət göstərən sahibkar xanımların layihələri müzakirə olunub və gələcək əməkdaşlıq imkanları müəyyən edilib.
16 aprel 2024-cü il tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təhsil sahəsində sahibkarlıq subyekti olan üzvləri ilə TİF(Təhsilin İnkişaf Fondu) arasında görüş keçirilib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqları salamlayaraq Fondun yaranma tarixi, prioritet sahələri, 2024-cü il üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Görüşdə #AQSIA idarə heyətinin üzvü Loqos Psixoloji Nitq və İnkişaf Mərkəzinin direktoru Təranə Paşayeva da iştirak edib.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva görüşün əsas məqsədinin AQSİA-nın təhsil sektorunda olan sahibkar xanımlarla Təhsilin İnkişaf Fondu ilə tanışlığı, eləcə də təhsil sahəsində birgə layihələrin müzakirəsi üçün bir araya gəlməsi olduğunu bildirib.
Masaətrafı müzakirələr zamanı maraqlı fikirlər irəli sürülüb, gələcək əməkdaşlıqla bağlı təkliflər danışılıb. Təhsil sektorunda olan sahibkar xanımların öz layihələrini bərabərləşdirərək Təhsilin İnkişafı Fonduna təqdim edəcəkləri razılaşdırılıb.
Yığıncağın sonunda Elnur Nəsibov Fondun özəl sektorla, sahibkarlarla əməkdaşlığa hər zaman açıq olduğu, birgə əhəmiyyətli layihələr görülə biləcəyini və bu görüşlərin ənənəvi olma istəyini bildirib.


